Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Elçin Mirzəbəyli: "Ermənistan hakimiyyəti bu mesajlardan ciddi nəticə çıxarmalıdır"

Tarix: 22-09-2018 20:57     Baxış: 2282 A- / A+
Elçin Mirzəbəyli: "Ermənistan hakimiyyəti bu mesajlardan ciddi nəticə çıxarmalıdır"

Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasdakı nitqində bir sıra mühüm məqamlara diqqət çəkdi və önəmli mesajlar verdi. Bunlardan birincisi şübhəsiz ki, dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularına, parlamentarizm tariximizə verdiyi yüksək qiymətdir. Cümhuriyyətimizin 100-cü ildönümünə dair Prezidentin Sərəncamı ilə həyata keçirilən tədbirlər, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin və Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı gerçəkləşən möhtəşəm paradlar və nəhayət, Azərbaycan parlamentinin 100 illiyinin yüksək səviyyədə qeyd edilməsi Azərbaycan Respublikasının tarixi dövlətçilik ənənələrinə söykənən bir dövlət olduğunu, Prezidentin və xalqın bu ənənələri göz bəbəyi kimi qoruduğunu nümayiş etdirir. Müsəlman Şərqində 100 illik parlamentarizm, demokratik idarəçilik ənənəsi olan yeganə xalq Azərbaycan xalqı, bu ənənələri ideyadan əmələ çevirən isə Azərbaycan hakimiyyətidir.

Bu fikirləri siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert bildirib ki, Prezident İlham Əliyevin diqqət çəkdiyi ikinci məqam Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bu süqutu şərtləndirən tarixi şərait idi. Bu kontekstdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövlət quruculuğu istiqamətində həyata keçirilən genişmiqyaslı, sistemli tədbirlərin mahiyyətinə diqqət çəkən dövlətimizin başçısı müasir Azərbaycan dövlətinin bütün çağırışlara cavab verə biləcək qədər güclü və qüdrətli olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyevin çıxışında yer alan bu mühüm məqamlar Azərbaycan istiqlalının xalqımız və şəxsən onun özü üçün nə qədər əziz və qiymətli olduğunu nümayiş etdirməklə bərabər, istiqlalımızın daimi və əbədi olmasına sərf olunan əməyin miqyasını da ortaya qoyur.

Elçin Mirzəbəyli qeyd edib ki, Prezident öz nitqində Azərbaycan torpaqlarının işğalı faktına xüsusi diqqət çəkməklə bütün dünyaya, həmçinin işğalçı ölkə və onun himayədarlarına dövlətimizin, xalqımızın mesajını çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Ekspertin qənaətincə, bu, Prezidentimizin, dövlətimizin Ermənistana, onun himayədarlarına, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı manipulyativ və ziddiyyətli bəyanatlar verən hər kəsə verdiyi son cavabdır. “İqtisadiyyatı çökən, siyasi rəhbərliyi şoularla, bir-biri ilə uzlaşmayan bəsit açıqlamalarla, yalançı vədlərlə baş qatan Ermənistan rəhbərliyi də, işğalçını himayə edənlər də, münaqişələrin həllində beynəlxalq hüququn prinsiplərinin tətbiqinə görə məsuliyyət daşıyanlar da bu sözləri həmişəlik qulaqlarına sırğa etməlidirlər. Ərazi bütövlüyü Azərbaycan xalqının və onun iradəsinin ifadəçisi olan Prezidentin vaz keçməyəcəyi qırmızı xətdir və heç kim danışıqlar prosesinə bu xətti keçə biləcək təkliflərlə daxil ola bilməz”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir daha dövlətimizin mövqeyini ifadə etməklə yanaşı, işğala son qoymaq istəməyən ölkəyə, işğal faktından geosiyasi təsir vasitəsi kimi istifadə etməyə çalışan dairələrə proseslərin hansı istiqamətə gedə biləcəyi ilə bağlı mesajlarını da çatdırdı. Azərbaycanla Ermənistan arasındakı fərqi konkret rəqəmlərlə və faktlarla ifadə edərək, işğalçı ölkəyə Azərbaycanın yürütdüyü təcridetmə siyasətinin onun üçün indikindən daha ağır və bərpası mümkün olmayacaq nəticələrə yol açacağını xatırlatdı.

Siyasi ekspert hesab edir ki, Azərbaycan Prezidentinin nitqi regiondakı real və perspektiv vəziyyətin təhlili baxımından da mühüm əhəmiyyətə malikdir. İstər işğalçı ölkənin hakimiyyəti, istərsə də regional, subregional və qlobal proseslərdə Ermənistan kimi uğursuz ölkələrin “xidmət”indən faydalanmağa çalışan dairələr bütün bu mesajlardan ciddi nəticə çıxarmalıdırlar. Əks təqdirdə, Ermənistan rəhbərliyinin hadisələrin inkişaf perspektivi haqqında düşünməyə vaxtı da qalmayacaq. (Azərtac)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar