Xəbər lenti
Ərdoğan Putinlə görüşdə öz istəklərinə nail oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putinin Soçi görüşündəki İdlib razılaşması öz bəhrəsini verib.
Prezidentlərin qərarlarına əsasən Türkiyənin Müdafiə Nazirliyi və Rusiyadan olan heyət ilə keçirilən görüşlərdən sonra İdlibdəki silahlardan təmizlənəcək bölgələrin sərhədləri razılaşdırılıb.
Sentyabrın 19-21-də keçirilən görüşdə razılaşdırılan bu addımla İdlibdəki gərginliyin aradan qaldırılacağı düşünülür.
“Yığıncaqda bölgənin coğrafi quruluşu və qəsəbələrin xüsusiyyətləri də nəzərə alınaraq İdlibdə silahlardan təmizlənəcəkərazilərin sərhədləri müəyyən olunub. İşlər planlaşdırıldığı kimi həyata keçirilir” – bəyanatda bildirilib.
Qeyd edək ki, Soçidə keçirilən görüşdə Ərdoğanla Putin İdlibdə yalnız konstruktiv müxalifətin qalacağına və bölgədə yalnız yüngül avtomatik silahlar qalmaqla ağır silahların yığışdırılacağını qərara alıblar. Bundan sonra isə Türkiyə və Rusiya hərbçiləri ərazidən terrorçuların təmizlənməsi prosesinə başlayacaqlar.(modern.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































