Xəbər lenti
Fələstin səfiri ABŞ-dan qovuldu

Fələstinin Vaşinqtondakı diplomatik missiyasının başçısı Husam Zomlotun və onun ailəsinin ABŞ-da yaşamaq üçün icazəsi ləğv edilib.
Manevr.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə bazar günü, sentyabrın 16-da, “Əl-Mayadin” telekanalı məlumat yayıb.
Bundan əlavə səfirin bank hesabı dondurulub, kredit kartı isə ləğv edilib.
Qeyd edək ki, sentyabrın 13-də Zomlot Twitter sosial şəbəkəsində öz hesabında “Amerika xalqına” müraciət ünvanlayıb. O, Vaşinqtondakı Fələstin diplomatik nümayəndəliyinin bağlanmasının “qisas aktı” adlandırıraq bildirib ki, təmsil etdiyi struktur seçim qarşısına qoyulub: Vaşinqtonla münasibətləri pozmaq və ya bir millət kimi öz hüquqlarından imtina etmək.
Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Arikat Tramp administrasiyasının bu qərarını “təhlükəli eskalasiya” adlandırıb.
Manev.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar