Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Azərbaycanı müharibəyə təhrik edir - Boçarov

Tarix: 16-09-2018 16:08     Baxış: 2453 A- / A+
Paşinyan Azərbaycanı müharibəyə təhrik edir - Boçarov

Nikol Paşinyanın mövqeyini mən “müəyyənləşdirilməmiş” kimi xarakterizə edərdim.

Manevr.az xəbər verir ki, bu sözləri israilli politoloq Yuri Boçarov virtualaz.org-a söyləyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan üzərinə düşmüş hakimiyyət yükünü saxlamaq naminə xalqa, müxalifətə, Qərbə, Rusiyaya və digər geosiyasi oyunçulara yarınmalıdır:

“Bir tərəfdən, onun hakimiyyətə gəlişi Qərb qüvvələrinin iştirakı olmadan qeyri-mümkün idi və buna görə, təbii ki, “ödəniş” edilməlidir və prinsip etibarilə onun Ermənistanın qərbyönümlü inkişaf yolu barədə dediklərini də bu istək formalaşdırır. Digər tərəfdən, o, hələ də həm iqtisadi, həm də hərbi baxımdan özünün şimal qonşusunun möhkəm qollarının arasındadır və şimal qonşusu bu cür təhlükəli regionda daha bir respublikanı əldən verməyi qətiyyən arzulamır. Ən başlıcası isə, sabiqlərdən ibarət müxalifət və insanları yenidən küçəyə çıxmağa vadar edə biləcək Ermənistandakı iqtisadi vəziyyətdir”.

Ekspertin fikrincə, öz bəyanatları ilə Azərbaycan hakimiyyətini təxribata çəkməyə çalışan Paşinyan onu yaxın perspektivdə nələrin gözləyə biləcəyindən xəbərsizdir:

“Deyilənə görə, vəsaitlərin yoxluğu şəraitində müharibə aclığı çox yaxşı yatırır. Buna görə də, xüsusilə xarici səfərlərində erməni diasporu ilə görüşlərdə Paşinyan millətçilik mövzusunu qabardır və “doğma torpağın bir qarışını da verməyəcəyik” deyərək, Azərbaycanı açıq münaqişəyə çəkir.

Lakin sabah nələrin baş verə biləcəyini, düşünürəm ki, heç o özü də bilmir. Hakimiyyətin dadını görmüş “xaldan çıxmış” adam ondan belə asan əl çəkmək iqtidarında deyil və istənilən yolla hakimiyyəti əlində saxlamağa çalışır”.

Boçarovun fikrincə, region ölkələrində - Türkiyədə, İranda, Ermənistanda baş verənlərlə yanaşı, Azərbaycan bütün bu böyük coğrafiyada yeganə sabitlik adasıdır.

İlham Əliyevlə Vladimir Putinin Soçidəki görüşünü şərh edərkən Yuri Boçarov bildirib:

“Prezidentlərin son görüşündə onların ünsiyyət səviyyəsi üçün ölkələr arasında ticarət-iqtisadi əlaqələr barədə qeyri-mütənasib şəkildə çox danışıldı. Bu səbəbdən də, anlamağa başlayırsan ki, burada əsas məsələ ticarət deyil, regionda baş verən daha ciddi məsələdir. O qədər ciddi ki, regional “mal dövriyyəsi”ni müzakirə etmək üçün prezidentlərə nədənsə bir görüş azlıq etdi”.
Onun fikrincə, region ciddi hadisələrin astanasındadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar