Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: Belə paradların çox da uzaq olmayan gələcəkdə işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə heç bir şübhə yoxdur

Tarix: 16-09-2018 08:47     Baxış: 2317 A- / A+
Deputat: Belə paradların çox da uzaq olmayan gələcəkdə işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə heç bir şübhə yoxdur

Bu gün Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən parad hər bir azərbaycanlı üçün sevincli və qürurlu hadisə idi.

Bunu trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, 100 il bundan əvvəl Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun birlikdə keçirdikləri uğurlu əməliyyat nəticəsində Bakı şəhəri daşnak-bolşevik dəstələrindən azad edildi:

“Bununla da tarixi Azərbaycan torpağının baş şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Bu, sadəcə hərbi əməliyyat deyildi, ümumilikdə Azərbaycan xalqının özünün müstəqillik arzusunu həyata keçirməsi idi. Bu hadisə müstəqillik əldə etdiyimiz qədər əhəmiyyətli bir hadisədir”.

A.Mirzəzadə vurğulayıb ki, Bakının işğaldan azad olunmasının 100 illiyini qeyd etməyə hazırlıq çoxdan gedirdi: “Bunun kulminasiya nöqtəsi isə bu gün keçirilən hərbi parad oldu. Hərbi paradda Türkiyənin dövlət başçısı, Azərbaycanın dostu Rəcəb Tayyib Ərdoğanın, Türkiyənin hökumət üzvlərinin, türk hərbi birləşmələrinin iştirakı iki qardaş xalqın birliyindən, həmişə bir-birinə dəstək olacağından xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, bugünkü paradda Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyini qorumaq əzmindədir və bu məsələdə heç nə ona mane ola bilməz:

“Bugünkü güclü dövlətimiz, güclü Silahlı Qüvvələrimiz bunun bir daha təsdiqidir və belə paradların çox da uzaq olmayan bir dövrdə artıq Xankəndi, Şuşa və digər işğal olunmuş ərazilərimizdə keçiriləcəyinə heç bir şübhə yoxdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar