Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Avropa Komissiyası: Bizim niyyətimiz Azərbaycanla yeni saziş üzrə danışıqların tez bir zamanda başa çatdırılmasıdır

Tarix: 10-09-2018 19:56     Baxış: 3236 A- / A+
Avropa Komissiyası: Bizim niyyətimiz Azərbaycanla yeni saziş üzrə danışıqların tez bir zamanda başa çatdırılmasıdır

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni hərtərəfli saziş barədə danışıqlar davam edir və həm Bakıda, həm də Brüsseldə daimi əsasda keçirilir.

Manevr.az bildirir ki, bu barədə trend-ə Avropa Komissiyasından bildiriblər:

"Bizim niyyətimiz danışıqların tez bir zamanda başa çatdırılmasıdır. Hər iki tərəf danışıqlarda irəliləyişə sadiq olduğunu nümayiş etdirib və biz səbrsizliklə yaxın zamanlarda baş tutacaq növbəti mərhələni gözləyirik".

Avropa Komissiyasından bildiriblər ki, müzakirələr konstruktiv məcrada davam edib və hər iki tərəf 1996-cı ildə əldə olnmuş sazişi əvəz edəcək yeni sazişin imzalanması üçün güclü iradə nümayiş etdirir:

"Yeni saziş fundamental dəyərlər və prinsiplər üzərində qurulmuş münasibətlərimizi daha da genişləndirəcək və dərinləşdirəcək. Saziş siyasi, ticarət-iqtisadi və sahələr üzrə münasibətləri əhatə edəcək".

Komissiyada vurğulayıblar ki, əsas diqqət Aİ ilə Azərbaycan arasında cari əməkdaşlığı, Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olmasını əks etdirən və tərəflərə öz potensiallarını reallaşdırmağa imkan verəcək bu sazişin imzalanmasına ayrılır.

Bununla belə təşkilatdan bildiriblər ki, yeni sazişin adı hələlik müəyyən edilməyib:

"Yeni sazişin imzalanması Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinin reallaşdırılması ilə yanaşı ikitərəfli gündəliyimizdə əsas prioritetlərdən biridir".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar