Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafa: "Azərbaycana əks mövqedə duran hər hansı Balkan ölkəsi yoxdur"

Tarix: 08-09-2018 22:08     Baxış: 3292 A- / A+
Fazil Mustafa: "Azərbaycana əks mövqedə duran hər hansı Balkan ölkəsi yoxdur"

Azərbaycan xarici siyasətində bütün qütblər üzrə aktiv siyasi istiqamətdə əməkdaşlıq formatlarının genişlənməsi, əlaqələrin gücləndirilməsi prosesi davam edir. Hesab edirəm ki, prezidentin son üç səfərinin hər biri bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Manevr.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycan dövlət başçısı İlham Əliyevin son günlər həyata keçirdiyi xarici səfərləri şərh edərkən deyib.
Millət vəkili hesab edir ki, Azərbaycan prezidentinin Qırğızıstana, Rusiyaya və Xorvatiyaya səfərləri Azərbaycan maraqlarının qorunması, əlaqələrin gücləndirilməsi baxımından xüsusi önəm daşıyır:
“Rusiya ilə münasibətlərin yüksək səviyyədə qurulması, ardınca türkdilli dövlətlərin Qırğızıstanda bir araya gələrək strateji məsələləri müzakirə etməsi və bir sıra məqamlar diqqət çəkir.
Eyni zamanda, Xorvatiya Avropa Birliyinin yeni və vacib ölkələrindən biridir. Həmin məkanda Azərbaycanla əməkdaşlıq edən, sıx bağlılığı olan dövlətdir. Ölkə prezidentinin bu qədər aktiv trafikdə və çətin vaxt məhdudiyyəti içində bu işlərin ardınca getməsi, çox önəmli müzakirələr aparması, Azərbaycan maraqlarını təmsil etməsi sevindirici haldır.
Mən hesab edirəm ki, bu səfərlərin müsbət nəticələri yaxın gələcəkdə üzə çıxacaq. Ən azı Azərbaycanın ağrılı problemlərinin həlli istiqamətində dəstək xarakterli addımların və mesajların çoxalmasına kömək edəcək.
Mənim fikrimcə, prezidentin belə sürətli səfərləri Azərbaycana dost olan ölkələrin bizim maraqlarımıza bağlanması baxımından xüsusi əhəmiyyətə malikdir.
Balkan regionu hər zaman diqqət mərkəzində olub. Baxın, Azərbaycanın bu regionda Serbiya ilə sıx əlaqələri var. Eləcə də Makedoniya və Monteneqro ilə gözəl münasibətlər qurulub. Azərbaycana əks mövqedə duran hər hansı Balkan ölkəsi yoxdur. Xorvatiya ilə yüksək əlaqələrin yaradılması xarici siyasətimizdə davam edən prosesin tərkib hissəsidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar