Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin səfəri: Bakıdan Zaqrebə NATO mesajı

Tarix: 07-09-2018 16:40     Baxış: 2347 A- / A+
Prezidentin səfəri: Bakıdan Zaqrebə NATO mesajı


Xorvatiya Azərbaycanın Avropada ən önəmli tərəfdaşlarından birinə çevrilib.


Bu sözləri Prezident İlham Əliyevin Xorvatiyaya səfəri ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib. Ekspert Azərbaycanın Xorvatiya ilə uzun müddətdir dostluq və strateji müttəfiqlik münasibətlərinin mövcud olduğunu bildirib:

“Bu münasibətlər Azərbaycan üçün çox önəmlidir. Çünki Xorvatiya çoxşaxəli iqtisadiyyatı olan bir ölkədir. Bu Avropa dövlətinin iqtisadiyyatı təkcə neft-qaz sahələri ilə məhdudlaşmır, eyni zamanda, daha geniş sahələri əhatə edir. Azərbaycan prezidenti də bir neçə dəfə vurğulayıb ki, Bakı gəmiqayırma, dərmanların birgə istehsalı, sənaye sahələrində çoxşaxəli əməkdaşlığa xüsusi önəm verir. Bu fonda hesab edirəm ki, Azərbaycan Xorvatiya ilə bir sıra mühüm sahələr üzrə əməkdaşlıq edə bilər. Bunun üçün hazırda böyük perspektivlər var. Azərbaycanın illər öncə Xorvatiya zavodlarından sifariş etdiyi gəmilər hazırda ölkə donanmasında fəal şəkildə istifadə edilir”.

Politoloq Azərbaycan prezidentinin Xorvatiyaya səfərinin iki ölkə arasında münasibətlərə mühüm töhfələr verəcəyini düşünür:

“Azərbaycan hazırda Avropa Birliyinin 10 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bunlardan biri də Xorvatiyadır. Düşünürəm ki, Xorvatiya-Azərbaycan münasibətləri birbaşa Avropa Birliyi ilə münasibətlərimizə də müsbət təsir göstərəcək. Xorvatiya Azərbaycan üçün həm də ona görə maraqlıdır ki, bu ölkə NATO-nun fəal üzvüdür, alyansda mühüm mövqedə dayanıb. Dövlət başçısının səfər əsnasında Azərbaycanın NATO ilə münasibətlərinin ardıcıl olaraq inkişaf etdiyini vurğulaması xüsusi siyasi əhəmiyyət kəsb edir. Bu, əslində Xorvatiyaya bir mesaj idi ki, Zaqreb Bakının NATO ilə münasibətlərində də müəyyən yardımçı rol oynaya və alyansda ölkəmizin mövqeyini dəstəkləyə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar