Xəbər lenti
“Soçi görüşündə kifayət qədər əhəmiyyətli sənədlər imzalanıb” - EKSPERT
“Prezident İlham Əliyevin Soçidə Rusiyalı həmkarı Vladimir Putinlə görüşü və imzalanan sənədlər deməyə əsas verir ki, Rusiya ilə həm dövlətlərarası, həm də şirkətlərarası münasibətlər növbəti dövrdə daha da inkişaf edəcək. Bu, hər iki ölkənin iqtisadi maraqları baxımından çox vacibdir”.
Bu barədə açıqlamasında Azərbaycan və Rusiya liderlərinin Soçi görüşünü şərh edən iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Soçi görüşündə regionun inkişafı üçün kifayət qədər əhəmiyyətli sənədlər imzalanıb: “Bu müqavilələr hər iki dövlətin milli maraqlarına uyğundur”.
V. Bayramov əlavə edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi regionun əhəmiyyətini artırır.
“Bu dəhlizin reallaşdırılması Rusiyadan başlayaraq yüklərin Hindistana qədər nəql edilməsinə imkan verəcək. Eyni zamanda, gömrük və digər sektorlarda əməkdaşlıq iki ölkənin gələcəkdə strateji müttəfiqliyinin genişləndirilməsinə xidmət edəcək sənədlərdir. Rusiya iqtisadi baxımdan Azərbaycan üçün strateji müttəfiqlərdən biridir. Rusiya Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaşdır. Azərbaycanın 1,5 milyard dollardan çox qeyri-neft ixracının 34 faizi Rusiyanın payına düşür. Bu isə o deməkdir ki, Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracı təxminən yarım milyard dollardır. Azərbaycanın ixrac etdiyi aqrar məhsulların 90 faizdən çoxu Rusiya bazarına göndərilir. Nəticədə Rusiya qeyri-neft, eləcə də aqrar məhsulların ixracında əsas tərəfdaş rolunu qoruyub saxlamaqdadır. Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən biridir. Azərbaycanın Rusiyada sərmayəsi var. Rusiya Azərbaycan iqtisadiyyatına sərmayə yönəldən ölkələrdən biridir. Dövlət Neft Fondu Rusiya bazarında sərmayə qoyuluşları həyata keçirir”, - deyə iqtisadçı ekspert vurğulayıb.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar