Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya müharibəyə HAZIRLAŞIR

Tarix: 29-08-2018 11:41     Baxış: 3288 A- / A+
Rusiya müharibəyə HAZIRLAŞIR

Rusiyanın sentyabrın 11-dən 15-nə qədər keçirəcəyi “Şərq-2018” adlı hərbi təlimləri növbəti dünya müharibəsinə hazırlıqdır.

Manevr.az məlumatına görə, bu haqda nüfuzlu ekspert Pavel Felqenhauer .

Onun sözlərinə görə, müharibə təhlükəsi qapıdadır. Bu isə qlobal nüvə təhlükəsini artırır və ya böyük regional müharibələrin seriyasının başlanğıcıdır.

Pavel Felqenhauer bu qənaətdədir ki, təlimlərə 300 min hərbçinin cəlb olunması qlobal müharibəyə hazırlıqdır.

O bildirib ki, gələcəkdə belə təlimlərə cəlb olunacaq hərbçilərin sayı 400 min olacaq.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Leonid Brejnevin vaxtından bu yana ən irimiqyaslı hərbi təlimlərin keçiriləcəyini elan edib.

Müdafiə naziri təlimlərə 300 min nəfərə yaxın canlı qüvvə və 36 min vahiddən çox yerüstü hərbi texnikanın cəlb olunacağını bildirib.

Rusiya müdafiə nazirinin sözlərinə görə, “Şərq-2018” adlı təlimlər sentyabrın 11-dən 15-nə qədər Mərkəz və Şərq hərbi dairələrinin bütün poliqonlarında keçiriləcək. Orada Sakit okean və Şimal donanması, o cümlədən Hava Desant Qüvvələri tam tərkibdə iştirak edəcək.

“Təsəvvür edin ki, eyni zamanda 36 min texnika hərəkətə gələcək-bunlar tanklar, BTR-lər, BMP-lərdir. Və bütün bunlar təbii ki, döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şəraitdə sınaqdan keçiriləcək”-müdafiə naziri deyib./modern.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar