Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyadan silah alan ölkələr hədəfdə – Azərbaycanı nə gözləyir?

Tarix: 25-08-2018 12:26     Baxış: 2511 A- / A+
Rusiyadan silah alan ölkələr hədəfdə – Azərbaycanı nə gözləyir?


Üzeyir Cəfərov: “Nə qədər sanksiya hədələri edirsə etsin, bizə ciddi təsiri olmayacaq”

Birləşmiş Ştatlar Rusiyadan S-400 zenit raket kompleksləri alacaq bütün ölkələrə sanksiyalar tətbiq edə bilər. Turkustan.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert keçirdiyi ənənəvi brifinqdə bildirib.

“Biz bütün dünyada tərəfdaş və müttəfiqlərimizin S-400 zenit raket komplekslərini mümkün almasına qarşıyıq” – deyə, Nauert qeyd edib.

Türkiyədən başqa S-400 alışına görə digər ölkələrə də sanksiya tətbiq oluna bilərmi sualını Nauert müsbət cavablandırıb.

O, həmçinin Türkiyəyə S-400-a raketlərinin vaxtından əvvəl çatdırılmasına görə də narahat olduğunu bildirib: “Əgər bu belədirsə, bu bizi narahat edəcək. Türkiyə kimi NATO üzrə müttəfiq S-400-dən istifadə edirsə, bu bizim siyasətimizə ziddir”.

Bu açıqlamalardan sonra Rusiyadan alan ölkələrdən biri kimi Azərbaycanın da sanksiyalara tuş gəlib-gəlməyəcəyi məsələsi gündəmə gəlib.

Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Amerikanın son zamanlar apardığı siyasət dünyanı şoka salır: “Amerika prezidentinin qeyri-standart qərarları dünyada ciddi narahatlığa səbəb olur. Açığı, arzularımdan biri yaxın vaxtlarda onun impiçment məsələsinin reallaşmasıdır. İnanıram ki, ABŞ cəmiyyəti belə bir qeyri-ciddi siyasətçidən yaxın vaxtlarda yaxasını qurtaracaq. Baxmayaraq ki, onun vəkili Amerikada üsyan ola biləcəyini deyir. Amma heç bir üsyan olmayacaq, buna tam əminəm. Birləşmiş Ştatların son iki yüzillik tarixində belə lazımsız siyasət aparan rəhbəri olmayıb. Rusiya silahları ilə bağlı verilən qərar NATO-da müttəfiqi olan Türkiyəyə yönəlik addımdır. Son vaxtlar konkret ünvan göstərilir ki, Türkiyə düz yolda deyil, bu ölkə böyük səhvlərə yol verir. Sadəcə, qardaş ölkənin gözünə digər ölkələri də qatır. Onun müttəfiqləri bu məsələdə hələ ki, ona dəstək verməyə məcburdurlar. Amerikanın Rusiya ilə son illərdə korlanan münasibətləri, Çinə qarşı 25%-lik dəyər vergisinin tətbiqi, eyni zamanda, Çinin də Amerika məhsullarına qarşı 25% dəyər vergisi tətbiq etməsi göstərir ki, Tramp aləmi bir-birinə qatıb.

Rusiyadan silah alan ölkələr hədəfdə – Azərbaycanı nə gözləyir?


Gedən proseslərin Azərbaycana nə təsiri ola bilər?

Ölkəmiz çox balacadır. Sözsüz ki, bu qərarların təsiri olacaq. Düşünürəm ki, indiyə qədər Rusiyadan S-300 silahları alan ölkələrə qarşı sanksiyalar tətbiq edilməyəcək. Əgər indiyə qədər biz və ya digər bir ölkə bu silahları alıbsa, Amerikaya görə bu silahlardan istifadə etməsinlər? Belə istəyirsə, o zaman ABŞ bu silahları əvəz edə bilən özünün istehsalı olan raket komplekslərini bu ölkələrə versin yaxud onları əvəzləsin. Azərbaycanın elə də ciddi bir probleminin olacağını düşünmürəm. Bilirsiniz ki, Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi nümayəndə heyəti ilə Belarusda olub. Belarus ən müasir raket-artilleriya kompleksləri, eləcə də, indiyə qədər aldıqlarımız və bundan sonra alacaqlarımız müdafiə sistemlərimizi möhkəmləndirmək üçün ciddi rol oynayacaq. ABŞ-ın yerində olmayan iddiaları sadəcə vəziyyəti bir qədər gərginləşdirir. Atılan yanlış addımlar Amerikanın özünə ziyan gətirəcək. Tramp getsin öz biznesi ilə məşğul olsun. Sanksiyalar əvəzinə gedib BMT-nin baş katibi ilə görüşsün və bu qurumun qərarlarını icra etməyən dövlətlərlə məşğul olsun. Amerika nə qədər sanksiya hədələri edirsə etsin, bizə ciddi təsiri olmayacaq. Çünki alternativ silahlar almaq yolları var. Maliyyə imkanları normal olan Azərbaycan kimi dövlətlərlə əlaqələr qurmağa çalışan ölkələr hər zaman olub. Dünya sadəcə normal məcraya qayıtmalıdır”.sputnik.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar