Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistan vətəndaş savaşına doğru… - Düşmən ölkədə son durum

Tarix: 24-08-2018 17:04     Baxış: 3350 A- / A+
Ermənistan vətəndaş savaşına doğru… - Düşmən ölkədə son durum


Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlm əsindən keçən 100 gün ərzində Ermənistan-Rusiya ilə münasibətlərinin soyuması, vaxtilə hakimiyyətdə olmuş "Qarabağ klanı"na qarşı elan edilmiş açıq mübarizə və siyasi həbslər Ermənistanı vətəndaş müharibəsinə sürükləyir. Paşinyanın müttəfiqi, iş adamı Qagik Çarukyana qarşı çıxması da, onun əleyhinə açılmış cəbhəni şaxələndirir.

Politoloq Eldar Namazov son dönəmlərdə Ermənistanda gedən ictimai-siyasi prosesləri Teleqraf.com-a şərh edib.

Politoloq Ermənistandakı gərginliyin öz çərçivəsini genişləndirdiyini bildirib:

"Artıq söhbət sadə qarşıdurmalardan getmir. Günü-gündən bu qarşıdurmaların sayı artmaqla yanaşı dərinləşir. Proseslərin vətəndaş müharibəsi həddinə gəlib çatacağını istisna etmirəm. Paşinyan avqustun 17-də keçirdiyi mitinqdə açıq formada dedi ki, xalqın gücündən istifadə edib, Ermənistandakı mövcud siyasi sistemi sonadək dağıtmağa hazırdır. Bu o deməkdir ki, Paşinyan Ermənistanda mövcud olan nə məhkəmə, nə də siyasi sistemi qəbul edir.

Paşinyanı bunu deməyə o faktor məcbur etdi ki, məhkəmə keçmiş prezident Robert Köçəryanı azadlığa buraxdı. Yəni, Paşinyan bununla onu demək istəyir ki, o, nə məhkəməyə, nə dövlətə, nə də siyasi sistemə arxalanır və buna görə də, xalqın gücündən istifadə edib bu sistemi tamamilə dağıtmağa hazırdır.

Bu isə Ermənistanı birbaşa vətəndaş müharibəsinə aparan yoldur. Əgər bunu Paşinyan deyirsə, bu istiqamətdə istənilən vaxt addım ata bilər".

Ermənistandakı qarşıdurmaların şiddətli xarakter aldığını deyən Eldar Namazovun sözlərinə görə, hazırkı baş nazir vaxtilə hakimiyyətdə olmuş siyasi qüvvələrə qarşı gözlənilməz addımlar ata bilər: "Paşinyan 20 ildən çox hakimiyyətdə olmuş siyasi qüvvələrin müqavimətini qırmaq üçün küçə döyüşlərinə də hazırdır. Bunu da açıq formada bəyan edir. Bu isə o deməkdir ki, Ermənistan addım-addım vətəndaş müharibəsinin astanasına gəlib çıxıb".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar