Xəbər lenti
"Azərbaycan Surət Hüseynova görə 3 rayonu itirdi"
"Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində çıxarılmış həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətinə baxılarkən Apellyasiya Məhkəməsində etdiyi çıxışda Azərbaycanda Surət Hüseynovun 1993-cü ildə qaldırdığı hərbi qiyamdan bəhs edib və bunu 2008-ci ildə Ermənistanda baş verənlərlə müqayisə edərək nümunə gətirib.
Bu barədə Robert Koçaryanın vəkili Ayk Alumyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, 2008-ci ilin 23 fevralında Koçaryanın verdiyi "0038" nömrəli məxfi əmrdə qoşunların dinc nümayişçilərə güc tətbiq edilməsi nəzərdə tutulmamışdı.
"Robert Koçaryan sadəcə olaraq ölkənin silahlı qüvvələrinin siyasi proseslərə qarışmaması və müdaxilə etməməsi üçün belə bir əmr vermişdi", – deyə Alumyan vurğulayıb. Bu mənada o, həmçinin, Koçaryanın məhkəmədəki çıxışından bir hissəni ictimaiyyətə təqdim edib.
"Koçaryan məhkəmə bildirdi ki, bizim əlimizdə özümüzün olmasa da, düşmənimizin təcrübəsi var. Bu hansı təcrübədir? Azərbaycanda 1990-cı illərin əvvəllərində silahlı qiyam qaldırmış Surət Hüseynov adlı hərbi xadim var idi. O, Silahlı Qüvələrdə müəyyən nüfuza malik idi və bundan istifadə edərək yerli qiyamçılara qoşuldu və ordunun bir hissəsini hakim rejimə qarşı çevirdi. Qoşunlar Gəncədən Bakıya doğru istiqamətləndi.
Koçaryan məhkəmədə bildirdi ki, "biz bunun necə baş verdiyini gördük". Nəticədə Azərbaycan bir qiyamçı hərbçinin davranışları üzündən yüzlərlə itki verdi. Hakimiyyət hərbi qiyamı yatıra bildi, amma həmin müddət ərzində Azərbaycan üç rayonunu itirdi. İndi Robert Koçaryan dedi ki, biz 2008-ci ildə oxşar vəziyyəti özümüzə ravə görə bilməzdik. Çıxışın bu hissəsi 1 mart hadisələrinə aid deyildi, O, fevralın 23-də verilən "0038" nömrəli məxfi əmrə adi idi", – deyə Allumyan bildirib.
Qeyd edək ki, bu çıxışı ilə Ermənistanın sabiq prezidenti həm də Azərbaycan torpaqlarını işğal etmələri faktını təsdiqləmiş olub.
Xatırladaq ki, 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı ittiham irəli sürülüb. /azvision
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar