Xəbər lenti
Paşinyanı İranda nə gözləyir?
Ermənilərin Tehran ümidləri
Ermənistanın baş naziri Nikola Paşinyanın İrana gözlənilən səfəri ölkə mətbuatının əsas gündəmində olan məsələlərdən biridir. Nəşrlər bir-birinin ardınca Paşinyana məsləhət verirlər ki, erməni-iran münasibətlərinə stimul versin, İran kapitalının Ermənistanda daha da möhkəmlənməsinə çalışsın. Ekspertlər isə deyirlər ki, İrəvan Tehranda yeni layihələr, təkliflərlə çıxış etməlidir.
Bəs iki ölkə arasında hər şey yaxşıdır? Tehran Qarabağda İran təyyarəsinin vurulmasını hələ uzun müddət unutmayacaq. Ölkənin xeyli vətəndaşı, o cümlədən qadınlar və uşaqlar bu qəzanın qurbanaı olmuşdu. Bəs nə qədər TIR idarə edən iranlı sürücü Ermənistan yollarında qətlə yetirilib. Demək olar ki, hər gün, hər həftə İrana pis xəbərlər gəlirdi. Və ancaq İran səfirinin İrəvana səfəri, o zamankı prezident Levon Ter Petrosyanla görüşündən sonra Ermənistan yollarındakı quldurluq halları bir az azaldı.
Amma əsas məsələ başqadır. Ermənistanın İrana təklif etməyə heç nəyi yoxdur. İrəvan üçün yeganə kiçik işıq ucu Ruhaninin ideyası – Fars körpəzi Qara dəniz nəqliyyat dəhlizi ola bilərdi. Amma İrana heç burada da Ermənistan lazım deyil. Əsas Gürcüstandır. Hətta İran przidentinin İrəvana səfəri zamanı Ermənistanın blokadadan çıxmaq ümidi olan nəqliyyat dəhlizi barədə bir söz belə deyilməyib.
Sabun köpüyü kimi daha bir ideya partladı – İran qazının Ermənistandan Avropaya tranziti. Yeri gəlmişkən özünün qısa müddətli İrəvan səfəri zamanı Həsən Ruhani o zamanı prezident Serj Sarkisyana bildirmişdi ki, İranın bank sistemindəki Amerika vetosunu dəlsinlər. Ancaq İranın bu tələbini İrəvan hələ də yerinə yetirməyib. Bu barədə Paşainyandan Tehran səfəri zamanı mütləq soruşacaqlar.
Əlbətdəki Qarabağ münaqişəsi barədə… İran prezidenti dəfələrlə deyib ki, münaqişə siyasi yollarla həll edilməlidir. Lakin ötən il Sarkisyanın tapşırığı ilə erməni hərbçiləri hərbi təlim keçiriblər. Məqsəd İran ərazisindən Qarabağa terrorçuların keçməsinin qarşısını almaq olub. Bu təlimlərə görə də Paşainyan yəqin ki, cavab verəcək. Onun nə cavab verəcəyini isə heç kim bilmir… /istipress.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar