Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda son 10 ilin sərin avqustu müşahidə edilir

Tarix: 13-08-2018 16:24     Baxış: 3270 A- / A+
Azərbaycanda son 10 ilin sərin avqustu müşahidə edilir


Azərbaycanda bu ilin avqust ayı (ayın I ongünlüyü) son 10 ilin nisbətən sərin keçən avqust ayı sayıla bilər.

Sonxeber.az bildirir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqust ayının ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması daxilində, bəzi günlərdə 2-3 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında dünən havanın maksimal temperaturu 28-30 dərəcə olub. Bu gün isə temperaturun 26-28 dərəcə olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

G.Məmmədova qeyd edib ki, ümumilikdə Bakıda və Abşeron yarımadasında ən sərin keçən avqust ayı 1950-ci ildə müşahidə edilib.

Yağıntılara gəldikdə isə G.Məmmədova qeyd edib ki, bu il avqust ayının ötən dövrü ərzində əksər rayonlara düşən yağıntıların miqdarı norma daxilində, əsasən, dağlıq və dağətəyi rayonlarda isə normadan bir qədər çox olub.

G.Məmmədova onu da əlavə edib ki, avqustun 13 və 14-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar