Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyaya SARSIDICI ZƏRBƏ: Dövlət Departamenti DETALLARI AÇDI

Tarix: 10-08-2018 09:34     Baxış: 4399 A- / A+
Rusiyaya SARSIDICI ZƏRBƏ: Dövlət Departamenti DETALLARI AÇDI


ABŞ-ın Dövlət Departamenti Rusiyaya qarşı qəbul edilməsi planlaşdırılan yeni sanksiyaların detalları açıb.

Publika.az ““Röyters” agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin yüksəkvəzifəli nümayəndəsinin sözlərinə görə, sanksiyalar Rusiyanın müdafiə xarakterli məhsulları əldə etməsi, həmçinin silahın satışı üzrə əməliyyatları bloklamağı hədəfləyir.

Bundan başqa, diplomat bildirib ki, ABŞ rəhbərliyi məhdudlaşdırıcı ölçülərin vasitəsiylə milli təhlükəsizlik nöqteyi-nəzərindən həssas mallar və texnologiyaların Rusiyaya satışına mane olmaq istəyir. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, “həssas mallar və texnologiyalar”a elektron cihazlar, kompüterlər, lazerlər, neft-qaz avadanlığı, həmçinin informasiya təhlükəsizliyi sahəsində istifadə edilən texnologiyalar aiddir.

ABŞ administrasiyası Rusiyada aktiv fəaliyyət göstərən Amerika şirkətlərinə dəyən zərəri kompensasiya etməyi planlaşdırır.

Qeyd edək ki, Dövlət Departamentindən verilən məlumata görə, Sergey Skripal işi ilə bağlı məhdudlaşdırıcı ölçülərin ilk paketinin avqustun 22-də tətbiqi təxmin edilir.

Moskva kimyəvi silahı bundan sonra tətbiq etməyəcəyi barədə inandırıcı zəmanətlər verməsə, ABŞ hakimiyyəti 3 ay sonra - 2018-ci ilin payızında Sergey Skripal işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketini qəbul etmək niyyətindədir.

Sanksiyaların ikinci paketi diplomatik münasibətlərin əhəmiyyətli ixtisarını, “Aeroflot” dövlət aviaşirkətinin ABŞ-a uçuşlarının dayandırılmasını, həmçinin ixrac və idxala demək olar ki, tam məhdudiyyətin tətbiqini özünə daxil edə bilər.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripal və qızı Yuliya mart ayında Briyaniyanın Solsber şəhərində sinir-iflic maddəsiylə zəhərlənmişdi. London hadisəyə görə Rusiyanı ittiham edib. Moskva isə bütün ittihamları qəti surətdə rədd edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar