Xəbər lenti
Ermənistanın saxta "müsəlman"ları Qarabağa yerləşdirmək planı
Ermənistan müsəlman erməniləri - "hemşin"ləri Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirmək adı altında bölgəyə kripto-erməniləri yerləşdirmək üçün fəaliyyətə başlayıb.
Bu haqda Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey açıqlayıb.
Göksel Gülbeyin bildirdiyinə görə, Avropadakı ermən lobbisinin gizli planına uyğun olaraq Türkiyənin Qara dəniz bölgəsində qurulan bəzi hemşinli dərnəklərinin, bu erməni icmasına mənsub ayrı-ayrı şəxslərin Rusiya və Livan kimi ölkələrdə yaşayan müsəlman erməniləri Qarabağda yerləşdirmək üçün komissiyalar qurduqları ona məlumdur.
ASİMDER başqanı deyib ki, Ermənistan bu gizli planlarını həyata keçirmək üçün Türkiyənin Rize və Artvin bölgələrinə turist adı altında öz agentlərini göndərib. Habelə Türkiyədəki hemşinlilər arasından xüsusi heyət formalaşdırılaraq Rusiyanın Krasnodar və digər bölgələrində yaşayan müsəlman erməniləri Qarabağda məskunlaşmağa inandırmaq üçün göndərilib. “Bu görüşlərin videoları əlimizdədir, tezliklə yayacağıq” - Göksel Gülbey bildirib.
Göksel Gülbeyin "Facebook" səhifəsində yazdıqlarından belə anlaşır ki, əslində söhbət hemşinlərdən - orta əsrlərdə İslamı qəbul etmiş ermənilərdən yox, 1915-ci il hadisələri zamanı yalandan özünü müsəlman kimi göstərən kripto-ermənilərdən gedir. Onlar özlərini ibadət edən mömün müsəlmanlar kimi göstərsələr də gizli şəkildə donuz əti yeyirlər və bu, onların gizli parollarından biridir. Əslində, hemşinlərin ata nəslinin üçok oğuzlarından gəldiyi də deyilir.
ASİMDER başqanının dediyinə görə, ermənilərin apardığı müzakirələrdə müsəlman ermənilərin Qarabağa köçməsi, məskunlaşması üçün xərclərin tamamilə Avropa erməniləri, Ermənistanın Diaspor Nazirliyi və Ermənistan hakimiyyətinin gizli fondları tərəfindən maliyyələşdiriləcəyi deyilib.
“Qarabağa müsəlman erməniləri yerləşdirmək İranın Ermənistana verdiyi dəstəyə haqq qazandırmaq planıdır. Çünki İranın Azərbaycan torpaqlarını işğal edən xristian ermənilərə dəstək verməsi müsəlman ölkələri tərəfindən qınanır. Bu məqsədlə erməni lobbisi və Ermənistan dövləti İranın Qarabağda həm də müsəlmanlara yardım etdiyi görüntüsü yaratmaq istəyir”-erməni iddiaları ilə mübarizə aparan Gülbey bildirib.
Bunun üçün də Türkiyədə normal həmşinlərin normal ibadətini çəkərək kripto ermənilərin ibadəti kimi göstərməyə çalışırlar, İran razı qalsın. /istipress /
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar