Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyandan əsl hiyləgər erməni gedişi

Tarix: 04-08-2018 13:55     Baxış: 3236 A- / A+
Paşinyandan əsl hiyləgər erməni gedişi

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti hiyləgər gedişini etdi. Bəllidir ki, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu həbs etmək istəyi Kremlin xoşuna gəlməyib və Rusiya rəsmiləri Yerevanın bu qərarına açıq etirazlarını bildiriblər.

Manevr.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində yazıb.

"Ancaq Paşinyan Moskvanın bu etirazı qarşılığında "səhv etdik, Yuri Xaçaturov fəaliyyətinə davam edə bilər" desəydi, tərəfdarlarının gözündə zəif görünəcəkdi, onun ünvanına "Kremlin xəbərdarlığından qorxdu" ifadəsini səsləndirəcəkdilər", - politoloq bildirib.

Bəs belə olan halda Paşinyan hansı addımı atdı?

Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri təşkilata Yuri Xaçaturovun əvəzinə baş katib kimi keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın namizədliyini irəli sürdü.

"Kreml Xaçaturovun geri qaytarılmasına etiraz etsə də, Vaqarşak Arutunyanın namizədliyinin əleyhinə də açıq mövqe bildirməkdə çətinlik çəkir. Çünki Paşinyanın irəli sürdüyü Vaqarşak Arutunyan tam ruspərəstin biridir, bu general məhz Rusiyanın dəstəyilə Ermənistanda 1990-cı illərdə vacib hərbi postlarda çalışıb.

Beləcə, Paşinyan Xaçaturovu geri çağırmaqla Moskvadan çəkinmədiyini, Vaqarşak Arutunyanın namizədliyini irəli sürməklə isə Moskvanın maraqlarını nəzərə aldığını büruzə verir. Tam erməni gedişidir", - E.Şahinoğlu qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar