Xəbər lenti
Üç cəbhədən MÜHARİBƏ BAŞLAYACAQ: General kəşfiyyat MƏLUMATLARINI AÇIQLADI

Ukrayna ordusunun sıralarında yenidən dəhşətli əhval-ruhiyyələr səslənir.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Ukrayna Silahlı qüvvələrinin Baş qərargahının sabiq rəis müavini, ehtiyatda olan general-leytenant İqor Romanenko Rusiya qoşunlarının şərq, şimal və cənubdan Ukraynanı mühasirəyə aldığını bildirib.
"İndi aktiv döyüş əməliyyatları yoxdur, amma Putinin qoşunlarının özünü necə strateji aparması barədə yalnız bizim deyil, həm də müttəfiqlərimizin kəşfiyyatı danışır. Bütün bunlar kifayət qədər ciddi məsələlərdir. Onlar Krımda güclü qruplaşmanı formalaşdırdılar. Keçən il təlimlər bəhanəsi ilə Belarusda qoşunları yerləşdirdilər. Yəni, biz mühasirəyə alınmışıq. İndi bizim üçün problemlər şimaldan, şərq və cənubdan yaranıb", - Romanenko "ZIK" Ukrayna telekanalının efirində söyləyib.
Həmçinin studiyanın qonağı olan Ukrayna Baş qərargahı yanında Ehtiyatda olan hərbçilərin Şurasının sədr müavini Miroslav Qay əlavə edib ki, kəşfiyyatın məlumatına görə, Rusiya ilin sonuna kimi 4 güclü ordu qruplaşmasını yaratmaq niyyətindədir.
"Ukraynada həm qoşun ehtiyatı, həm də döyüş bacarığı olan hərbi qulluqçuların yetərli sayı yoxdur. Rusiyanın hərbi doktrinasında yazılıb ki, onlar 2020-ci ilə qədər ordunu tamamilə yeni silahlarla təchiz etməli və silahlı qüvvələri tammiqyaslı müharibəni aparacaq səviyyəyə qaldırılmalıdır. Onlarda tamamilə avtomatik idarəetmə sistemi tətbiq ediləcək, onlar avtoparkı tamamilə dəyişdirirlər", - Miroslav Qay təlaşını gizlətməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar