Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyandan Qarabağla bağlı absurd mövqe

Tarix: 01-08-2018 12:47     Baxış: 3441 A- / A+
Paşinyandan Qarabağla bağlı absurd mövqe

Ermənistanın baş naziri Nikol Paşinyan "RFI" radiosuna verdiyi müsahibədə ölkəsinin daxiil və xarici siyasəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsilə bağlı sualları cavablandırıb.

Manevr.az "azvision.az"a istinadən xəbər verir ki, Paşinyan mövcud nizamlanma formatına zidd əvvəlki destruktiv bəyanatlarından əl çəkməyib.
Bildirib ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə qarant ölkədir. Lakin bu, o demək deyil ki, bundan sonrakı danışıqlarda onun yerinə çıxış etməlidir. Paşinyanın fikrincə, münaqişənin həllində indiyədək irəliləyişə nail olunmamasının səbəbi də budur.

"Əgər Bakı münaqişənin nizamlanmasında həqiqətən maraqlıdırsa, onda Dağlıq Qarabağın danışıqlar masası arxasına qayıtmasında da maraqlı olmalıdır", – deyə işğalçı ölkənin baş naziri münaqişənin həllini tapmamasında yenə də Azərbaycanı ittiham edib.

Xatırladaq ki, bir çox tanınmış rus və qərb politoloqları öz açıqlamalarında dəfələrlə bəyan ediblər ki, Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirakı ilə bağlı absurd şərtləri Ermənistanın münaqişə ilə bağlı məhsuldar danışıqlar aparmaq istəyinin olmamasını sübut edir. Onların fikrincə, sülh danışıqlarının intensivləşməsi üçün ən vacib şərt münaqişə tərəflərinin, yəni Ermənistanla Azərbaycanın özlərinin danışıqlara hazır olmasıdır. Lakin İrəvanın bəyanatlarından aydın olur ki, indiki halda Azərbaycandan fərqli olaraq, Ermənistan hər dəfə danışıqlar formatına zidd yeni şərtlər irəli sürərək münaqişənin həllinin daha da uzanmasına, bununla da mövcud status-kvonun qorunub saxlanmasına çalışır.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, xüsusən də Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqların hazırkı formatının dəyişdirilməsinin yalnız münaqişənin əsas tərəfləri olan Ermənistan və Azərbaycanın birgə razılığından asılı olduğunu bildiriblər. Rəsmi Bakı isə qəti şəkildə bəyan edib ki, separatçılarla heç bir danışıq aparılmayacaq. Çünki məhz Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını işğal edib və rəsmi İrəvan Qarabağ separatçılarına dəstək verir. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar