Xəbər lenti
Azərbaycanlı millət vəkili: Nazir üzr istəməlidir!

Təhsil naziri üzr istəməlidir .
Manevr.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Xoy şəhərinin İran parlamentindəki millət vəkili Tağı Kəbiri İranın Təhsil naziri Məhəmməd Bəthayinin İranda şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğu barədə dediyi sözlərə cavab olaraq deyib.
“Həssas bir nazirliyə rəhbərlik edən bir şəxsin ölçüsüz və qeyri-peşəkarcasına açıqlama verib, ana dillərinin tədrisinin qadağan olduğunu bildirməsi böyük təəssüf doğurur. İctimaiyyətin minimum gözləntisi təhsil nazirinin üzr istəməsidir”, - T.Kəbiri bildirib.
Qeyd edək ki, iyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğunu, bu səbəbdən qadağan edildiyini bildirmişdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar