Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Putin Ərdoğanla Afrikada görüşdü

Tarix: 27-07-2018 01:53     Baxış: 4283 A- / A+

Putin Ərdoğanla Afrikada görüşdü

Rusiya-Türkiyə əməkdaşlığı genişlənməkdədir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilən BRICS sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla baş tutan görüşdə bildirib.

“İkitərəfli münasibətlərimiz genişlənməkdədir. Bu xüsusən də böhranların nizamlanması sahəsində özünü açıq-aydın göstərir. Mən Suriya böhranını, iqtisadiyyat sahəsini nəzərdə tuturam. İri layihələrimiz plan üzrə reallaşdırılmaqdadır», - deyə V.Putin bildirib.
Söhbət zamanı liderlər mal dövriyyəsinin artdığını və bir çox sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıblar.

“İkitərəfli əməkdaşlığımız bütün sahələrdə - hərbi, ticarət, mədəniyyət, turizm, bir sözlə, bütün sahələrdə çox sürətlə inkişaf edir”, - deyə Ərdoğan qeyd edib.
Ərdoğan iki ölkə arasında mal dövriyyəsinin və turist axınının daha da artırılacağına əminliyini bildirib.

“Əminəm ki, cari ildə Türkiyəyə 6 milyonadək rusiyalı turist gələcək”, - deyə Türkiyə prezidenti qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar