Xəbər lenti
Rusiyanın Azərbaycanla birbaşa savaşa girəcəyini təsəvvür etmək mümkün deyil -Hərbi ekspert

“Ermənistanın öz qonşularıyla istənilən toqquşması Güney Qafqazda Rusiya siyasətinin iflasına gətirib çıxaracaq...”
“Rusiya ordusunun Ermənistanda keçirdiyi hərbi təlimlərdə ekstraordinar heç nə yoxdur...”
Bu fikri Rusiya nəşrlərindən birinə son günlər Gümrüdəki 102-ci bazanın keçirdiyi 3 min nəfərlik hərbi təlimlər haqda danışan rusca “Gündəlik jurnal”ın şef-redaktoru, hərbi ekspert Aleksandr Qolts ifadə edib.
“İstənilən hərbi hissə yay dövrünə uyğun müvafiq təlimlər keçirir. Ermənistandakı baza da istisna deyil. Bu təlimlərdə ekstraordinar heç nə yoxdur”-deyə ekspert bildirib.
Lakin A.Qolts müxbirin Ermənistandakı Rusiya hərbçilərinin potensial şərti düşməninin kimliyi barədəki sualına cavab verməkdə çətinlik çəkib. “Bunu heç kəs deyə bilməz. Lakin nəzərə alaq ki, Rusiya Ermənistanın ərazi bütövlüyünü bütün sərhəd perimetri boyu təmin etmək cavabdehliyini üzərinə götürüb. Buradan isə belə çıxır ki, Ermənistana hücum ediləcəyi halda Rusiya bütün vasitələrdən istifadə etməlidir. Zənnimcə, Ermənistanın öz qonşuları ilə istənilən toqquşması Güney Qafqazda Rusiya siyasətinin iflasına gətirib çıxaracaq. Bu, fəlakət olar. Rusiyanın Azərbaycanla birbaşa döyüşə girəcəyi situasiyanı təsəvvürə gətirmək mümkün deyil”-deyə ekspert vurğulayıb. moderator.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar