Xəbər lenti
Putindən daha bir müharibəyə qoşulmağı xahiş etdilər

Yəməndə şiə üsyançıları olan Husilərin Ali Siyasi Şurasının sədri Mehdi Al-Maşat ölkə ərazisində vətəndaş müharibəsinin dayandırılmasına kömək etmək xahişiylə Rusiya prezidenti Vladimir Putinə teleqram göndərib.
Bu haqda Yəmənin SABA informasiya agentliyi bildirib.
Mehdi Al-Maşat təcavüzün dayandırılması və ölkənin blokadadan çıxarılması üçün (Yəmənin ərəb koalisiyası tərəfindən hava və dəniz blokadası nəzərdə tutulur –red.) özünün beynəlxalq təsirindən istifadə etməyi Rusiya liderindən xahiş edib. O həmçinin Putini ölkədə təhlükəsizliyi və sabitliyi təmin etməyə çağırıb.
Daha əvvəl isə Husilərin lideri eyni məzmunlu məktubu Fransa prezidenti Emmanuel Makrona göndərib.
Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən gedir. Qarşıdurmanın bir tərəfində Husi qiyamçıları və ölkənin keçmiş rəhbərliyinə loyal hərbçilər, digər tərəfində isə onlar tərəfindən hakimiyyətdən uzaqlaşdırılan sünni prezidenti Abd Rabbuh Mansur al Hadi və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qoşunları dayanır.
Əlavə edək ki, Rusiya 2015-ci ilin sentyabrın sonundan Suriyada hərbi kampaniyada iştirak etməyə başlayıb. Suriya lideri Bəşər Əsəd hərbi köməyin göstərilməsi haqqında xahişlə Moskvaya müraciət etmişdi. /ednews.net/az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar