Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya daha Ukraynada öz adamını hakimiyyətə gətirə bilməyəcək

Tarix: 21-07-2018 10:50     Baxış: 4249 A- / A+
Rusiya daha Ukraynada öz adamını hakimiyyətə gətirə bilməyəcək



Tanınmış politoloq: “Rusiya Krımı və Donbasın bir hissəsini ələ keçirməklə öz şanslarını azaltdı”

Rusiyanın ABŞ-da keçirilən son prezident seçkilərinə müdaxilə etdiyi artıq Amerikada təsdiq olunub. Şimal qonşumuzun qüdrətli və əlinin hətta okeanın o tayındakı supergücün daxilində keçirilən seçkilərə təsir etmək qədər uzun olduğu bir daha ortaya çıxdı. Siyasi ekspertlər hesab edir ki, dünyaya hökm edən dövlətdə seçkilərə təsir etmək imkanına sahib olan Rusiyanın qonşuluğundakı Amerikadan dəfələrlə kiçik dövlətlərdə keçirilən seçkilərə hansı səviyyədə təsir edə bildiyini xüsusi izah etməyə ehtiyac belə yoxdur.

Nəzərə alsaq ki, bu il Ukraynada prezident seçkiləri olacaq, Rusiyanın bu seçkilərə təsir etməsi məsələsi aktuallaşır. Ukrayna hakimiyyətinə bağlı media orqanları və şəxslər Moskvanın bu seçkilərə müdaxilə edəcəyini və öz adamını hakimiyyətə gətirməyə çalışacağını iddia edirlər.

Beləliklə, Rusiyanın bu il Ukraynada keçiriləcək prezident seçkilərinə müdaxilə etməsi və nəticələrə təsiri mümkünmü sualı aktullaşır. Moskva öz adamını Ukraynada hakimiyyətə gətirə bilərmi?

Politoloq Elxan Şahinoğlu qeyd etdi ki, Rusiya Ukraynada növbəti prezidentin rusiyapərəst, ant-Qərb mövqeli şəxs olmasını çox istəyər: “Əvvəlki illərdə də bu vəzifəni yerinə yetirmək çətin olsa da, Moskva istəyinə nail olurdu. Məsələn, Moskva Viktor Yuşşenkonun ardından Viktor Yanukoviçin prezident seçilməsinə nail oldu, o da nazir postlarına ciblərində Rusiya pasportu daşıyan şəxsləri yerləşdirdi. Ölkədə qarışıqlıq yaranan kimi də həmin adamlar Rusiyaya qaçdılar. Bəlli oldu ki, Ukrayna ordusunu dağıdanlar da onlar olub. Ancaq indi Ukraynada prezident postuna rusiyapərəst siyasətçinin oturdulması çətindir. Bunun bir neçə səbəbi var. Birincisi, Krım və Donbasın əsas hissəsi Ukraynanın nəzarətindən kənarda qalıb.
Rusiya daha Ukraynada öz adamını hakimiyyətə gətirə bilməyəcək


Bu bölgələrin əhalisi Ukraynada seçkilərdə artıq iştirak etmirlər. Məhz bu bölgələrin əhalisi Ukraynadakı seçkilərdə rusiyapərəst siyasətçilərə səs verirdilər və nəticələrə təsir edirdilər. İndi isə Ukraynada rusiyapərəst siyasətçi artıq böyük elektorat ordusunu itirib, bu, milyonlarla səs demək idi. Torpaqlar işğal olunsa da, Ukraynada millətçi siyasətçinin seçkini qazanmaq şansı artıb. İkincisi, Rusiya Krımı ilhaq etməklə, Donbas separatçılarına dəstək verməklə vaxtilə Ukraynada ona loyal münasibət bəsləyənlərin bir qisminin də dəstəyini itirib. Bu, həm də o deməkdir ki, Rusiya bütövlükdə Ukraynanı itirib, əvvəlki isti münasibətlərdən əsər-əlamət qalmayıb və yaxın illərdə bu belə də davam edəcək. Ukraynada özünə hörmət edən heç bir siyasətçi Krımın ilhaqını və Donbasın işğalını həzm edə bilməz”.

Politoloq onu da qeyd etdi ki, buna baxmayaraq, Ukraynada Rusiyaya meylli elektorat hələ də var: “Məsələn, Odessa, Xarkov, Nikolayev və digər şəhərlərin sakinləri bütün baş verənlərə rəğmən, Rusiya ilə yaxınlığın tərəfdarıdırlar. Bunu açıq dilə gətirməkdən ehtiyat edirlər, ancaq düşüncələrində Rusiya dərin kök salıb. Donbasın Azov sahilində Mariupol şəhəri var. Bu şəhər strateji əhəmiyyət kəsb edir. Donbas separatçılarının və Moskvanın ən böyük arzusu Donetsk və Luqanskdan sonra Mariupolu ələ keçirmək idi. Alınmadı. Ukraynada yeni qurulan ordu birlikləri Mariupolun işğalına imkan vermədilər. Ancaq bu şəhərin əhalisinin bir hissəsi də Rusiyaya meyllidir, evlərində kabel vasitəsilə Rusiyanın televiziya kanallarını izləyirlər. Rusiya Krımı və Donbasın bir hissəsini ələ keçirməklə əslində Ukraynada rusiyapərəst siyasətçinin hakimiyyətə gəlmək şanslarını azaltdı. Ancaq hər halda, Ukraynada olan-qalan elektoratı da hərəkətə gətirmək planlarından əl çəkməyib”.

Ekspert onu da dedi ki, Ukraynada keçiriləcək seçkilərdə Qərbin də marağının olduğu bəllidir və bu marağın da Rusiyanın istəklərinin reallaşmasının qarşısında əlavə baryer olacağı şübhəsizdir.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar