Sizin Reklam Burada
Xəbər lenti
15-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tramp dünyanı təhlükəyə atır : Nələr ola bilər?

Tarix: 19-07-2018 08:57     Baxış: 3319 A- / A+
Tramp dünyanı təhlükəyə atır


Bu, çox təhlükəli tendensiyadır. Bu, müasir dünya düzənini tamamilə yenidən formalaşdırmaq və dünyada yeni siyasi düzənə cəhd kimi də dəyərləndirilə bilər.


Manevr.az bildirir ki, bu sözləri Axar.az-a Çinin Avropaya yatırdığı investisiyaların həcminin ABŞ-a qoyduğu yatırımlardan 9 dəfə artıq olmasına münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, işin təhlükəli tərəfi odur ki, ABŞ ilə Avropa ölkələrinin dəyərləri və siyasi sistemləri arasında tam oxşarlıq var idi:
“Bunlar – demokratiya, insan haqları və bir sıra ümumbəşəri dəyərləri özündə ehtiva edirdi. İndi kommunist Çinin AB ilə yeni alyans yaratmaq cəhdi dünya düzəninə yenidən baxmaq məsələsinə gətirib çıxara bilər. Yeni dünya düzəninin formalaşdırılması kimi bir vəziyyət ABŞ ilə AB arasındakı fikir ayrılıqlarını antaqonizm səviyyəsinə qaldırar”.

Politoloq bildirib ki, ABŞ-da iş başında siyasi səriştəsi olmayan, müəyyən siyasi yol keçməyən, sırf biznes sahəsi ilə məşğul olan bir adamın prezident vəzifəsini icra etdiyini unutmamalıyıq:

“Bu isə dünya nizamına çox ciddi təsir edir. Əlbəttə, böyük dramatizmin, az qala, apokalipsisə bənzəyən bir vəziyyətin yaranacağına inanmıram. Çünki ABŞ-da “dərin dövlət” deyilən bir anlayış var. Onlar prezidentin ətrafında sipər kimi dayanaraq, ABŞ-ın milli maraqları üçün təhlükə yaradanlara qarşı impiçment, yaxud vəzifədən kənarlaşdırma normasını tətbiq edirlər. Bu, prezident üçün də keçərlidir. Xüsusilə Trampın Putinlə görüşündən sonra ABŞ-da onun ümumiyyətlə, öz vəzifəsinə layiq olmadığı, ABŞ-a xəyanət etdiyi barədə ittihamlar səsləndirilir. Qəzetlər də Tramp-Putin görüşünü ABŞ üçün tam siyasi fiasko adlandırır. Bunlar ABŞ-ın siyasi rəhbərliyində də izsiz ötüşməyəcək. ABŞ-da müəyyən siyasi strukturlar ABŞ-AB qarşıdurmasının barışmaz ziddiyyətlər səviyyəsinə çatmasına imkan verməyəcəklər”.

Politoloq vurğulayıb ki, impiçment təhlükəsi Trampın başı üzərində “Domokl qılıncı” kimi asılıb:

“Bu məsələ Rusiyanın ABŞ-dakı seçkilərə Trampın lehinə müdaxiləsi ilə bağlıdır. Artıq İstintaq Komissiyası bu məsələdə əli olan 12 nəfərin adını müəyyənləşdirib”.

Politoloq qeyd edib ki, əgər Rusiya seçkilərə müdaxilə edibsə də bunu etiraf etməz:

“Rusiya yeri gələndə bundan Trampa qarşı təzyiq vasitəsi kimi istifadə edəcək. ABŞ mətbuatı Trampla Putinin görüşü ilə bağlı kollajlar, xüsusilə Putinin Trampı əlində körpə uşaq kimi oynatdığını göstərən karikaturalarla doludur. Bütün bunlar onu göstərir ki, vəziyyət impiçmentə qədər gedib çata bilər”.

Politoloq qeyd edib ki, dünyada sabitliyin, əmin-amanlığın qorunması üçün ABŞ-AB ittifaqının möhkəmləndirilməsinə ehtiyac var:

“Xüsusilə də yeni dünya düzəni və onu bərqərar edən dəyərlər toplusunun qorunub saxlanılması bütün dünya, bəşəriyyət üçün ciddi əhəmiyyətə malikdir. Dünya düzənini yenidən formalaşdırmaq qərarına gəlinərsə, bu, dünya üçün təhlükəli meyillərin yaranmasına səbəb ola bilər. Çünki gələcəkdə yeni geopolitik oxa Çinin təşviqi ilə Rusiyanın qoşulması da real görünür. Hətta bu geopolitik ox İrana qədər gedib çıxar. Bu da yeni dünya düzəni üçün sərfəli olmaz”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar