Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rus ordusu erməni kəndinə yeridildi – Böyük panika

Tarix: 18-07-2018 15:38     Baxış: 3455 A- / A+
Rus ordusu erməni kəndinə yeridildi – Böyük panika




Dünən Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası hərbi təlim keçirib.

Bu barədə məlumatı “Aravot” qəzeti yayıb. Təlim Şirak vilayətinin Panik kəndində baş tutub.

Maraqlıdır ki, təlimlə bağlı kənd sakinləri öncədən xəbərdar edilməyib. Təlim atəşi başladıqdan sonra kənd əhalisi təşvişə düşərək, müharibənin başladığını düşünüb.

Qəzetə açıqlama verən kənd icra nümayəndəsi Vardan Makeyan baş verənlərin biabırçılıq olduğunu deyib:

“30-a yaxın əsgər kənd yolunu bağlayıb, atəş açdılar. Yaxşı ki, istifadə edilən güllələr döyüş patronları deyildi. Hamı bu səslərdən sonra dərhal evlərdən çıxıb qaçdı. Bəzi uşaqlar hətta qorxudan huşlarını belə itirdilər. Kəndin ərazisində təlimin keçiriləcəyi barədə qabaqcadan xəbərdarlıq edilməməsi təhqiredicidir. Anlayırıq ki, bu hərbi baza bizi müdafiə edir, amma onlar təlimlərini kənddə keçirməməlidirlər”.

Yayılan görüntülərdə kənd sakinləri rus hərbçilərini təhdid də ediblər. Onlar polisə xəbər verib cinayət işi açdıracaqlarını bildiriblər. /axar.az/





Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar