Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı siyasətçi Putinin yanında səlahiyyətli nümayəndə təyin olundu

Tarix: 15-07-2018 22:49     Baxış: 2445 A- / A+
Azərbaycanlı siyasətçi Putinin yanında səlahiyyətli nümayəndə təyin olundu


Başqırdıstan respublikasının başçısı Rüstəm Hamitov yerli hökumətin baş nazirinin müavini Fərhad Səmədovu Kremldə səlahiyyətli nümayəndə təyin edib.

İstiPress "Başinform" agentliyinə istinadən bildirir ki, Rüstəm Hamitovun sərəncamına əsasən azərbaycanlı Fərhad Səmədov Başqırdıstan respublikasının Rusiya Federasiyası prezidenti yanında səlahiyyətli nümayəndəsi təyin edilir. Bu haqda Başqırdıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Fərhad Səmədov Gürcüstanda anadan olub, 59 yaşı var. V.V.Kuybışev adına Moskva mühəndis-inşaat institutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycanda başlayıb, tikinti trestlərində mühəndis işləyib. 2000-ci illərin əvvəllərində Başqırdıstana köçüb. “Kaustik” QSC, “Soda” ASC, “Başneft” və “Birləşmiş neft-kimya şirkəti” ASC şirkətlərində top-menecer işləyib. 2017-ci ilin yanvarında Başqırdıstan hökumətində vitse-premyer təyin olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar