Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Tarix açıqlandı: Putin bütün dünyanı TƏHDİD ETMİŞDİ - VİDEO

Tarix: 14-07-2018 10:23     Baxış: 3296 A- / A+
Tarix açıqlandı: Putin bütün dünyanı TƏHDİD ETMİŞDİ - VİDEO


Rusiyanın ən yeni “Xəncər” hipersəsli aviasiya-raket kompleksinin raketlərinin sınaqları müvəffəqiyyətlə keçir.

Publika.az xəbər verir ki, bu haqda ABŞ kəşfiyyatının məruzələri ilə tanış mənbələrə istinadən CNBC telekanalı bildirib.

Telekanalın məlumatına görə, raketlər döyüş tətbiqinə artıq 2020-ci ilə kimi hazır ola bilər. Telekanal bildirir ki, “Xəncər”in üç əsl müvəffəqiyyətli sınağı keçirilib. Onlardan sonuncusu cari ayda olub. CNBC iddia edir ki, raket təxminən 800 kilometr məsafədəki hədəfi vurub.

Mənbələr bildirir ki, sınaqlar MİQ-31 qırıcısı ilə keçirilib. Onların məlumatlarına görə, hazırda, “Xəncər”in sınaqlarının strateji bombardmançılarda keçirilməsi üzrə hazırlıq işləri aparılır. CNBC qeyd edir ki, hazırda ABŞ “Xəncər”dən müdafiə vasitələrinə malik deyil.

Daha əvvəl Rusiyanın müdafiə-sənaye kompleksindəki mənbə TASS agentliyinə bildirib ki, “Xəncər” kompleksinin hipersəsli raketləri Tu-22M3 uzaq bombardmançıda sınaqdan keçiriləcək.

Xatırladaq ki, “Xəncər” kompleksi haqqında ilk dəfə bu ilin martında Rusiya prezidenti Vladimir Putin məlumat verib. Kompleksin raketi səs sürətindən 10 dəfə daha sürətlə uçur. Məlumata görə, hava hücumundan müdafiə üzrə bütün mövcud və perspektivli sistemlərin heç biri onun qarşısını almaq iqtidarında deyil. Hazırda “Xəncər” kompleksinin tərkibinə MiQ-31K qırıcısı daxildir. Qırıcı yalnız bir hipersəsli raket daşıya bilir.


Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar