Xəbər lenti
Millət vəkili: “Atəşkəs yenidən pozulsa, erməni tərəfi çox ziyan çəkəcək”
Atəşkəs çox kövrəkdir və hər an genişmiqyaslı müharibəyə çevrilə bilər.
Manevr.az oxu.Az-a istinadən xəbər verir ki, bunu millət vəkili Bəxtiyar Sadıqov deyib.
O, qeyd edib ki, atəşkəsi isə işğalçı Ermənistan, onun rəhbərliyi təhdid edir.
Millət vəkilinin sözlərinə görə, atəşkəs yenidən pozulacağı təqdirdə də, ən çox ziyan çəkən və itirən tərəf Ermənistan olacaq.
B.Sadıqov bildirib ki, çünki Azərbaycan Ordusu dəqiq müşahidə-nəzarət və kəşfiyyat məlumatlarına malik olduğundan, habelə müasir silahlara yiyələndiyindən hərbi əməliyyatlara başlanan kimi Ermənistan ordusunun komanda-idarəetmə mərkəzlərini dağıtmaqla onu iflic və idarəolunmaz vəziyyətə salmaq imkanındadır.
Millət vəkilinin bildirdiyinə görə, bu zaman Rusiya ilə Qərb arasında vurnuxan, Dağlıq Qarabağı danışıqlar masasına gətirməyə çalışan Paşinyanın da çıxış yolu qalmayacaq, onu da istefaya göndərdiklərinin aqibəti gözləyəcək.
“Amma atalar üçdən deyib. Birinci şapalaq 2016-nın aprelində gəldi. İkinci şapalaq bu ilin mayında dəysə də, səsi iyunda çıxdı.
Deyəsən, təpiyin vaxtı çatıb!”-deyə, millət sözlərinə əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar