Xəbər lenti
Politoloq: “Avropa 53 il Türkiyəni aşağıladı”
“Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Putinin Sankt-Peterburqda müzakirə etmədiyi mövzu qalmadı. Bir il keçməz, Türkiyə-Rusiya münasibətləri təyyarə vurulmadan öncəki inkişaf dövrünə qayıdar. Hətta Putin daha da əlaqələrin irəriləməsi vaciblyini bildirdi”.
Manevr.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu deyib ki, Ərdoğanın təklif etdiyi Türkiyə-Rusiya-Azərbaycan formatı da yerindədir: “Putinin bu təklifə münasibəti hələ bəlli deyil. Ankara Kremllə yanaşı Tehranla da münasibətləri inkişaf etdirmək istəyir. Ərdoğanın Sankt-Peterburqdan sonra Tehrana da səfər edəcəyini istisna etmirəm.
Bildiyim odur ki, Ərdoğanın nə ABŞ-a, nə də Avropa Birliyinin aparıcı dövlətlərinə hazırki şərtlər daxilində səfəri mümkün deyil. Bu gedişlə Vladimir Jirinovskinin “bölgədə güclü Rusiya-Türkiyə-İran-İraq birliyi formalaşacaq” təklifi reallıqdan uzaq deyil. Avropa Birliyi 53 il Türkiyəni aşağılanmış şəkildə qapıda gözlətdirdi, indi də illərin strateji müttəfiqi Amerika Türkiyənin terrorçu adandırdığı şəxsi müttəfiqinə ekstradisiya etmək istəmir. Belə olan halda da Türkiyə üzünü yaxın ətrafına çevirir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar