Xəbər lenti
Putini qıcıqlandıracaq daha bir addım: Avropa Ermənistanla sazişi təsdiqlədi

Avropa Parlamentində Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlıq və əlaqələrin genişləndirilməsini nəzərdə tutan saziş barədə səsvermə keçirilib. Faktxəbər “News.am”a istinadən bildirir ki, Avropa Parlamentinin deputatları 573 səs lehinə olmaqla sazişi dəstəkləyib.
Qeyd edək ki, Avropa İttifaqı ilə Erməninstan arasında əməkdaşlığın genişləndirilməsinə yalnız 50 deputat qarşı çıxıb. Qətnamədə bildirilir ki, Ermənistan və Aİ arasında tərəfdaşlıq haqqında yeni saziş əməkdaşlıq planında son nöqtə deyil, daxili islahatlar və onların reallaşdırılması üçün alətdir.
Avropa Parlamentinin deputatları Ermənistanı həmçinin KİV azadlığı, vergidən yayınma, çirkli pulların yuyulması, vəzifədən sui-istifadə, korrupsiya ilə mübarizə, məhkəmə orqanlarının müstəqilliyi və azad seçkilərin keçirilməsi barəsində irəliləyişə çağırıb.
“Bu mühüm islahatların səmərəli həyata keçirilməsi, o cümlədən viza rejiminin liberallaşdırılması üzrə dialoqun açılması əməkdaşlığın gələcək perspektivlərini aça bilər”,-deyə qətnamədə bildirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar