Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Ermənistanın Naxçıvana ərazi iddiası..." – Rusiya politoloqundan SENSASİYALI ETİRAF

Tarix: 24-06-2018 10:09     Baxış: 2490 A- / A+
"Ermənistanın Naxçıvana ərazi iddiası..." – Rusiya politoloqundan SENSASİYALI ETİRAF

Naxçıvanda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi Dağlıq Qarabağdakı vəziyyətdən daha təhlükəlidir".
Manevr.az "Sputnik" agentliyinə istinadən xəbər verir ki, bu haqda tanınmış politoloq və münaqişələr üzrə təhlilçi, Rusiya Humanitar Universitetinin dosenti Sergey Markedonov bildirib.

"Qarabağ münaqişəsi xaricində ərazilər daha təhlükəlidir. Qarabağda heç olmasa Anjey Kasprşikin (ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi –red.) kiçik monitorinq missiyası var. Naxçıvana gəlincə, bu beynəlxalq-tanınmış sərhəddir", - o deyib.

Politoloq hesab edir ki, Ermənistan Naxçıvanla bağlı hansısa iddia irəli sürmür: "Ölkənin daxilində millətçi söhbətlər var, amma bu, qeyri-ciddidir. Mən rəsmi kurs haqqında danışıram".

Onun sözlərinə görə, əzələlərlə oyun baş verir və bu, təəccüblü deyil. Markedonov qeyd edib ki, status-kvo vəziyyəti Azərbaycanı qane etmir və onu dəyişdirmək istəyir.

Qeyd edək ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, "Xunut" dağı və "Ağbulaq" yüksəkliyi , daha sonra isə "Qızılqaya" dağı və "Mehridağ" işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək "Areni" qoyublar) nəzarət altına keçib.

Ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar