Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvanda hakimiyyət parçalandı: Bakı bu planı İŞƏ SALIR - Melikyandan XƏBƏRDARLIQ

Tarix: 08-06-2018 11:04     Baxış: 3365 A- / A+
İrəvanda hakimiyyət parçalandı: Bakı bu planı İŞƏ SALIR - Melikyandan XƏBƏRDARLIQ

Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəlsə də, parlamentdə əsas çoxluq hazırda müxalifətə keçən Respublika Partiyasındadır. Bu isə faktiki olaraq, İrəvanda ikihakimiyyətliliyin yaranmasına səbəb olub. Paşinyanın dünən açıqladığı hökumətin proqramında növbədənkənar parlament seçkilərinin keçirilməsini əsas prioritetlərdən biri elan edilib. Nikolun əsas hədəfi seçkini keçirərək, parlamentdəki çoxluğu Respublika Partiyasından almaqdır. Lakin növbədənkənar seçkilər bu ilin sonunda nəzərdə tutulub və İrəvanda həmin müddətə qədər ikihakimiyyətlilik davam edəcək.

Ermənistan mediası Respublika Partiyasının qanunverici orqanda çoxluq təşkil etməsinin yeni hökumətin işinə ciddi maneələr yaratdığını yazır. Erməni ekspertlər isə hakimiyyətin ikiyə bölünməsinin Dağlıq Qarabağ məsələsində İrəvanın mövqelərinə ciddi zərbə vurduğunu deyirlər.

Azərbaycanın işğal olunmuş torpaqlarında Ermənistan tərəfindən yaradılan separatçı rejimin keçmiş "xarici işlər naziri", politoloq Arman Melikyan iddia edir ki, Azərbaycan İrəvandakı ikihakimiyyətlilikdən istifadə edərək, münaqişəni hərbi yolla həll etmək planını işə salacaq.

Melikyan Azərbaycanın güclü şəkildə hərəkətə keçdiyini və bu situasiyada Ermənistanın zəif olduğunu qeyd edib.

"Azərbaycan hərbi fəallığı artırır, bunun əsas səbəbi Ermənistanın mövqelərinin zəif olmasıdır. Azərbaycan Ermənistandakı ikihakimiyyətlilikdən münaqişənin hərbi yolla həlli planını həyata keçirmək üçün istifadə edə bilər", - deyə erməni politoloq Ermənistanda hazırda müxalifətə keçən Respublika Partiyasının parlamentdə çoxluq təşkil etməsinə işarə edib.

A.Melikyan əlavə edib ki, Ermənistanın danışıqlarda Dağlıq Qarabağı tərəf kimi cəlb etməsi ilə bağlı siyasi proqramı yoxdur: "İrəvanın bu istəyi dağıdıcı davranış və siyasi şantaj kimi qəbul ediləcək".

Onun sözlərinə görə, danışıqlar prosesi ilə tanış olmaq üçün Paşinyana vaxt lazımdır: "Bu müddətdə də dönüş qərarları haqqında bəyanatların səslənməsi olduqca zərərlidir, xüsusilə Ermənistanda mövcud olan ikihakimiyyətlilik şəraitində. Hesab edirəm ki, Ermənistanın xeyri üçün hakimiyyət yeni vəziyyət yaratmalıdır. Mən bunu həmişə deyirdim, lakin Serj Sarkisya hakimiyyəti bunu etmirdi. Çünki Sarkisyan ərazilərin qaytarılması ilə razılaşmışdı".publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar