Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyandan sərhədlərlə bağlı GÖZLƏNİLMƏZ ADDIM: müharibə çıxaracaq PLAN

Tarix: 30-05-2018 16:05     Baxış: 4400 A- / A+
Paşinyandan sərhədlərlə bağlı GÖZLƏNİLMƏZ ADDIM: müharibə çıxaracaq PLAN

Ermənistan hökuməti Sərhəd Xidmətinə yeni əməkdaşların qəbul edilməsi ilə bağlı elan verib. İrəvanda danışırlar ki, məqsəd ölkənin sərhədləri üzərində nəzarəti erməni sərhədçilərinə verməkdir. Xüsusilə söhbət Ermənistanın Türkiyə və İranla sərhədini qoruyan rus hərbiçilərinin ölkədən çıxarılmasından gedir.

1990-cı illərdə Ermənistan və Rusiya arasında bağlanmış müqaviləyə əsasən Türkiyə və İran sərhədini rus sərhədçilər qoruyur. Sonrakı dövrdə həmin bölgədəki zastavalara ermənilər muzdlu əsgər kimi qəbul edilib, lakin ümumi nəzarət rusların əlindədir.

Rusiyanın öz sərhədçilərini İran və Türkiyə sərhədinə yerləşdirməkdə məqsədi Ermənistanda hərbi mövcudluğunu sürdürməklə yanaşı, gələcək geosiyasi proseslərdə Ankara və Tehrana qarşı hücum ehtimalında bu bölgədən platforma kimi istifadə etməkdir. Həmçinin, indiki situasiyada forpostu olan Ermənistanın bu iki ölkəyə açılışının dolayısı ilə qarşısını alır.

Hətta Rusiya sərhədçiləri nəzarət etdikləri ərazidə erməni hökumətinin hər hansı iş görməsinə belə icazə vermirlər. Ötən ilin dekabrında baş verən hadisə buna əyani nümunədir. Belə ki, Ermənistanın İranla sərhədi yaxınlığındakı yolun tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə dayandırıldı. Ermənistan mediası bu hadisəni "İranla sərhəd bölgəsinin Rusiya tərəfindən alınması" kimi dəyərləndirmişdi. Erməni siyasi şərhçi Tevos Arşakyan yazırdı ki, "Bu gün yolun təmirinə icazə vermirlər, sabah başqa şeylərə qadağalar qoyulacaq, digər sərhəd ərazilər də zəbt olunacaq. Daha sonra Ermənistan adlı dövlət xəritədən silinəcək".

Görünür, Qərbin dəstəyi ilə Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan Türkiyə və İran sərhədindəki rus sərhədçilərini erməni sərhədçilərlə əvəzləmək niyyətindədir.

Burada geosiyasi proseslər də diqqət çəkir və belə ehtimal yaranır ki, rus sərhədçilərin bu bölgədən çıxarılmasını Vaşinqton istəyir. Çünki ABŞ-ın İrana hücum planında Ermənistanın sərhədləri yaxşı platforma rolunu oynaya bilər. Lakin İrəvanın bu sərhədləri qoruya biləcək potensialının az olmasını nəzərə alsaq, hesab etmək olar ki, gələcəkdə rus sərhədçilərinin yerini amerikalı hərbiçilər tuta bilər və onlar İrana qurudan hücumda əsas rol oyna bilər.

Moskva buna icazə verərmi?

Paşinyan Rusiya ilə münasibətləri davam etdirəcəyini israrla bildirir, lakin onun real addımları bunun əksini göstərir. Bu baxımdan, rus sərhədçilərinin çıxarılması Moskva üçün ciddi siqnaldır. Birincisi, bu bölgə Rusiyaya gələcək strategiyası üçün lazımdır, ikincisi, Moskva rus sərhədçilərinin çıxarılmasına göz yumarsa, bu, digər rus bazalarının Ermənistandan çıxarılması üçün presedent yarada bilər. Deməli, Moskva məsələni sakit qarşılamayacaq. Proseslər rusların İrəvana müdaxiləsi ilə də yekunlaşa bilər.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar