Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

“İsrail və İran müharibəyə başlaya bilər”

Tarix: 25-05-2018 20:33     Baxış: 4373 A- / A+
“İsrail və İran müharibəyə başlaya bilər”

İsraillə İran arasındakı gərginlik açıq silahlı müharibəyə keçə bilər.
Manevr.az AzVision.az-a istinadən xəbər verir ki, bu fikri İsrailin ekologiya və Qüds məsələsi üzrə naziri Zeev Elkin Peterburq beynəlxaq iqtisadi forumunda səsləndirib.

“Müharibə riski həmişə var. Çünki İran açıq şəkildə bəyan edir ki, onun məqsədi İsrail dövlətini məhv etməkdir. Ona görə, əlbəttə, belə bir risk mövcuddur.”- deyə Elkin vurğulayıb.

Nazir, həmçinin qeyd edib ki, iqtisadi çətinliklərinə baxmayaraq, İran Suriyadakı hərbi layihələrinə və Livandakı “Hizbullah”ın silahlanmasına böyük vəsaitlər xərcləyir.

“Bu gün “Hizbullah” dünyadakı ən raketləşmiş orduladan biridir. Və o, dövlət yox, terror təşkilatıdır. Bütün bunlar İranın pulları hesabına edilir. Belə vəziyyətdə biz bilmirik İran nə qədər uzağa getməyə hazırdır, amma biz Suriya ərazisində – sərhədlərimizin düz yanında İran raketlərinin vətəndaşlarımızın təhlükəsizliyini təhdid etməsilə barışa bilmərik. Ona görə də, bunun qarşısını almaq üçün hər şeyi edəcəyik” – deyə İsrailli nazir İrana xəbərdarlıq edib.

Zeev Elkin onu da vurğulayıb ki, İranın raket proqramı Avropa ölkələri ilə yanaşı, Rusiya üçün də təhdiddir. Çünki bu gün İran praktiki olaraq, Avropanın istənilən nöqtəsinə, o cümlədən Rusiyanın bir çox yerlərinə, Moskvaya çata biləcək raketlər hazırlayır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar