Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qapalı görüşdə Paşinyan Putinə Azərbaycanla bağlı nələr deyib? - ŞOK DETALLAR

Tarix: 15-05-2018 17:08     Baxış: 3436 A- / A+
Qapalı görüşdə Paşinyan Putinə Azərbaycanla bağlı nələr deyib? - ŞOK DETALLAR


Dünən Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın görüşü oldu. Ermənistanda Qərb institutları tərəfindən maliyyələşdirilən və Serj Sarkisyanın istefası, eləcə də son 10 ildə ölkəni idarə edən Respublika Partiyasının müxalifətə keçməsi ilə nəticələnən inqilab fonunda bu görüş diqqətəlayiq idi.

Putin və Paşinyan görüşdən öncə mətbuata açıqlamalarında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, gələcək münasibətlərin daha da möhkəmləndirilməsi kimi müsbət fikirlər səsləndirdi. Lakin Putin və Paşinyanın bağlı qapılar arxasında nələr müzakirə etdiyi maraqlıdır.

Ermənistan mediası qapalı görüşdə müzakirə olunan məsələlərlə bağlı bir sıra versiya irəli sürüb.

Manevr.az publika.az-a istinadən xəbər verir ki, proses bir neçə mərhələdə inkişaf edir. Birinci məsələ: erməni siyasi şərhçi Sarqis Artsruni iddia edir ki, Paşinyan Putindən Dağlıq Qarabağ münaqişəsində dəstək, həmçinin, Azərbaycana silah satışının məhdudlaşdırılmasını istəyib. Putinin cavabı isə diplomatik olub və Azərbaycanla Rusiya arasında ciddi əməkdaşlığın olduğunu vurğulayıb.

İkinci məsələ: Putin Paşinyandan Rusiyanın Ermənistandakı maraqlarının gələcəyi haqda soruşub. Paşinyan Moskvaya münasibətin dəyişməyəcəyini vəd edib.

Erməni şərhçi Ayk Xalatyan hesab edir ki, qapalı görüşdə Rusiya qazının Ermənistana daha güzəştli şəkildə satılması, ikitərəfli ticarətin artırılması və s. məsələlər də müzakirə olunub. Lakin bu görüşün daha çox tanışlıq xarakteri daşıdığı və münasibətlərin bundan sonra aydınlaşacağını düşünənlər də var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar