Xəbər lenti
Generaldan Putinlə bağlı XƏBƏRDARLIQ – Rusiya bu ölkələrə girə bilər
"NATO ölkələri yalnız gücdən anlayan Rusiyaya qarşı birlik nümayiş etdirməlidir".
Manevr.az modern.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı general-leytenant Ben Hoces bəyan edib.
"Rusiya böyük tarixə və insanlara sahib ölkədir, lakin onlar ancaq gücdən anlayırlar. Əgər bizim ittifaq Rusiyaya qarşı birlik və qətiyyət nümayiş etdirməsə biz yalnız onu təcavüzə təşviq edəcəyik" – Hoces "TVN24" kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə Moskvanın məqsədi Avropa İttifaqının və NATO-nun prinsiplərini sarsıtmaqdır. Hoces bunu hibrid müharibə ilə əlaqələndirib. Yəni Rusiya eyni zamanda dezinformasiya, nüvə təhlükəsi və kiberhücum tətbiq edir.
O həmiçinin Rusiyanın öz vətəndaşlarını qorumaq bəhanəsi ilə digər, əsasən də Baltikyanı ölkələrə soxula biləcəyini də vurğulayıb.
Hoces bu cür ssenarilərin təkrarlanmaması üçün NATO-nun öz imkanlarını, yəni müdaxilə sürətini artırmaqda davam etməli olduğunu da qeyd edib. Generalın sözlərinə görə Alyans Rusiyaya çevik reaksiya göstərəcəyini sübut etməlidir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar