Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya iki ölkəni müharibəyə itələyir – DƏHŞƏTLİ PROQNOZ

Tarix: 27-04-2018 20:00     Baxış: 3805 A- / A+
Rusiya iki ölkəni müharibəyə itələyir – DƏHŞƏTLİ PROQNOZ

"Rusiya S-300 hava hücumundan müdafiə sistemlərini Suriyaya deyil, İrana verir. Moskva bununla israillilər və iranlıları birbaşa qarşıdurmaya təhrik edəcək".

Bu haqda ABŞ-ın hərbi dəniz qüvvələrinin 1-ci dərəcəli kapitanı Harri Tabax bildirib.

O, Rusiyanın S-300 zenit-raket kompleksinin Suriyaya verilməsinə təəccübünü ifadə edib. Amerikalı zabitin sözlərinə görə, bu silahların birinci dərəcəli hədəfləri israillilərdir.

"S-300-lər "sualtı qayıqlar və ya gəmilərdən buraxılan Tomaqavk" (ABŞ istehsalı və uçuş mənzili 2500 km olan qanadlı raket –red.) raketlərinə qarşı işləmir. Bu, təyyarələrə qarşı hava hücumundan müdafiədir. Suriyada İsrail təyyarələri tez-tez olur. İsrail təyyarələrini vurmaqdan başqa heç bir hədəf yoxdur", - Tabax bildirib.

Zabitin fikrincə, Rusiya İsrail və İranı birbaşa toqquşmaya itələyir: "Rusiya Suriyaya, əslində İrana müasir silahlar çatdırmaqla İsrail və İranı birbaşa toqquşmaya itələyir. Məndə belə təəssürat var ki, İsrail və İran arasında birbaşa toqquşma olacaqsa, bu Rusiyanın sayəsində olacaq. Rusiya dünya cəmiyyətini danışıqlar stolu arxasına oturmağa məcbur etmək və təsir linginə malik olmaq üçün növbəti faciəni yaradır. Biz anlayırıq ki, bu silahlar Suriyaya deyil, İrana veriləcək. Çünki, Suriya artıq mövcud deyil, orada İran mövcuddur. Rusiya orada iranlılara bazalar tikməyə kömək edir".

Xatırladaq ki, bir neçə gün əvvəl TASS agentliyinin yazdığına görə, Moskva bir ay ərzində Suriyaya S-300 kompleksləri göndərə bilər.

ABŞ, Fransa və Britaniyanın Duma şəhərindəki kimyəvi hücuma cavab olaraq Suriyaya endirdiyi hava zərbələrindən (aprelin 13-də -red.) sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyanın hava hücumundan müdafiə sistemini gücləndirməyə hazır olduğunu bildirmişdi. Lakin, Moskvanın hələ ki, Suriyaya S-300-lərin tədarükü ilə bağlı yekun qərara gəlmədiyi bildirilir.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar