Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bu, Ermənistanı faciəvi nəticələrə aparacaq - Gizli sövdələşmə

Tarix: 26-04-2018 13:49     Baxış: 4450 A- / A+
Bu, Ermənistanı faciəvi nəticələrə aparacaq - Gizli sövdələşmə


Nikol Paşinyanın hakimiyyətə gəlişi Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxaracaq.

Bunu Avropanın Erməni İttifaqları Forumunun vitse-prezidenti, Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin sabiq köməkçisi Vladimir Poqosyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan indi artıq ciddi strateji səhvlərə yol verir və bu səhvlər qaçılmaz nəticələrə gətirib çıxara bilərlər.

Poqosyan hesab edir ki, Ermənistanda bir sıra nazirlər, həmçinin Mərkəzi Bankın başçısı valyutanın ölkədən çıxarılmaması üçün vəzifələrindən kənarlaşdırılaraq həbs edilməli idilər. Milli təhlükəsizlik üzrə baş məsləhətçisinin sabiq köməkçisi həmçinin bu fikirdədir ki, cinayətkarların məsuliyyətdən qaçmamaları üçün dövlət sərhədləri bağlanmalı idi.

O, Paşinyan boş xəzinəylə hakimiyyətə gələcəyini, ölkədə xaos vəziyyətinin yaranacağını iddia edib.



Keçmiş məmurun sözlərinə görə, Paşinyanın hakimiyyətə gəlmək üçün keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Köçaryan, həmçinin Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla sözləşməyə girdiyi barədə məlumatlar var.

Poqosyan bildirib ki, bu üçlük öz hədəfləri üçün Paşinyandan istifadə edirlər.

Xatırladaq ki, aprelin 23-də - Serj Sarkisyanın istefa verməsindən bir neçə saat əvvəl keçirilən təhlükəsizlik müşavirəsində prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanla yanaşı, Bako Saakyan da iştirak edib.

Dağlıq Qarabağ separatçılarının lideri sonradan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və onun xələfi Robert Köçəryanla görüşüb. KİV-ə verilən məlumatlara görə, görüşlərdə Ermənistanda yaranmış daxili siyasi vəziyyətə toxunulub.

Adının açıqlanmamasını istəyən bəzi mənbələr isə Saakyanın Paşinyanla da görüşdüyünü bildiriblər. Bütün bu görüşlər isə Saakyanın qurulması mümkün görünən yeni hökumətin formalaşması istiqamətində aparılan danışıqlarda iştirak etdiyini deməyə əsas verir. Həmçinin, Levon Ter-Petrosyan-Robert Köçəryan-Bako Saakyan-Nikol Paşinyan dördbucağında ciddi sövdələşmələrin olduğunu da istisna etmək olmaz./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar