Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

Tarix: 24-04-2018 18:00     Baxış: 3248 A- / A+
İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb


Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə iki günlük rəsmi səfəri başlayıb.

Manevr.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın "Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Qeyd edək ki, bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk səfəridir.

Aprelin 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin şərəfinə şam yeməyi verəcək.

Prezident İlham Əliyev səfər çərçivəsində R.T.Ərdoğanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. Dövlət başçıları ikitərəfli əlaqələrin hazırki vəziyyəti və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edəcəklər.

Bundan başqa Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclası keçiriləcək. Azərbaycan və Türkiyə prezidentləri toplantıda iştirak edəcəklər.

Prezident İlham Əliyevin səfəri aprelin 25-də başa çatacaq.

İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb
İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar