Xəbər lenti
Nazirlik 44 hüquqi şəxsə icazə verdi
Bu ilin I rübüində ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı və idxalı üzrə Energetika Nazirliyinin verdiyi 72 icazənin 44-ü "ASAN Xidmət" mərkəzi vasitəsilə alınıb.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, 67 hüquqi şəxsə ixrac nəzarətinə düşən malların idxalına, 5 hüquqi şəxsə isə ixrac nəzarətinə düşən malların ixracına icazə verilib. Bundan başqa icazələrlə bağlı təqdim olunmuş sənədlərin və verilmiş icazələrin reyestri aparılıb, həmin məlumatlar elektron qaydada İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilib.
Xatırladaq ki, sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədilə Energetika Nazirliyi tərəfindən müvafiq icazələr 1 fevral 2018-ci il tarixindən "ASAN Xidmət" mərkəzləri vasitəsilə verilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, müvafiq qanunvericiliyə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.
Hazırda Energetika Nazirliyi tərəfindən "icazələrin verilməsi" üzrə informasiya ehtiyatının "Lisenziya və icazələr" portalına inteqrasiya edilməsi üçün işlər davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar