Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ermənistan cəmiyyəti Sarkisyanın bu istəyinə çatmaması üçün çalışırlar” – Tahir Kərimli

Tarix: 12-04-2018 14:59     Baxış: 3513 A- / A+
“Ermənistan cəmiyyəti Sarkisyanın bu istəyinə çatmaması üçün çalışırlar”


Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin iclasında etiraz fişəngləri yandırılıb.
“Yelk” partiyasının üzvü, deputat Ararat Mirzoyan parlamentin kürsüsünə yaxınlaşaraq vətəndaşları aprelin 13-də keçiriləcək “Serji İnkar et” aksiyası üçün Azadlıq Meydanına çağırıb.
O, meydanda azadlıq məşəlini yandıracaqlarını dedikdən sonra əlindəki rəngli fişəngi alonlandırıb. Digər müxalifət təmsilçisi, deputat Lena Nazaryan da ona qoşulub. Qısa vaxtda parlamentin iclas zalını tüstü bürüyüb. Vitse-spiker Eduard Şarmazanov iclasın təxirə salınması ilə bağlı deputatların təkliflərini rədd edib. Sonda tüstünün zaldan çıxması üçün qapılar açılıb.

Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən millət vəkili Tahir Kərimli bildirib ki, həqiqətən artıq Ermənistan cəmiyyəti özü də Serj Sarkisyandan bezib: “Onlar başa düşürlər ki, başda Serj Sarkisyan olmaqla Qarabağ klanının əsas məqsədi ondan ibarətdir ki, Qarabağ məsələsindən istifadə edərək Ermənistanın bütün malını, mülkiyyətini mənimsəsinlər. Bunu qəbul edə bilməsələr də, Moskva Sarkisyanı dəstəklədiyi üçün bir şey də edə bilmirlər, çətinlik çəkirlər. Amma mübarizə aparırlar və cəmiyyət içərisindəki etirazın uzantısı Parlamentə qədər gedib çıxıb, müxtəlif etiraz formalarından istifadə edirlər.

Bildiyiniz kimi, aprelin 17-də Baş nazir seçkisi olacaq, vaxt hədsiz daralır, cəmi 5 gün qalıb. Ona görə də Ermənistan cəmiyyətində hədsiz əsəbilik hökm sürür. Onlar düşünürlər ki, bunun qarşısını necə alsınlar, canlarını Qarabağ klanından, Serj Sarkisyandan necə qurtara bilsinlər? Bunlar əhəmiyyətli məsələdir, Ermənistan cəmiyyətinin əhval-ruhiyyəsini əks elətdirir və Parlamentdə də bu cür aksiyalar edirlər.

Düşünürəm ki, bu aksiyalar faydasız deyil, çünki Serj Sarkisyan nəinki Azərbaycan xalqına, eləcə də öz xalqına düşmən kəsilib. Başa düşürlər ki, Sarkisyan Qarabağ alveri nəticəsində Ermənistan cəmiyyətini çuxura salıb, bu çuxurdan çıxmaq da olduqca çətindir. Ermənistanda bu cür etiraz aksiyalarının müəyyən qədər effektli olacağını düşünürəm.

Bildiyiniz kimi, Ermənistanda Sarkisyan əleyhdarları müddətsiz aksiya təyin ediblər və birinin, eyni zamanda ən mühümünün də sabah Azadlıq Meydanında keçirilməsi nəzərdə tutulub. Düşünürəm ki, bu da səmərəli bir addımdır. Hər halda təkcə Ermənistan cəmiyyətinə deyil, dünyaya da bu rejimin, Sarkisyanın Ermənistanı uçuruma apardığı nümayiş olunur. Onların hakimiyyətinin Ermənistan cəmiyyəti üçün nə qədər təhlükəli olduğunu bütün dünya görəcək.

Cəmiyyət, Serj Sarkisyanı istəməyən siyasi partiyalar, siyasi xadimlər, qeyri-hökumət təşkilatları hamısı indi birdir. Onlar nəyin bahasına olursa-olsun, artıq özünü baş nazir bilən Serj Sarkisyanın bu istəyinə çatmaması üçün çalışırlar. Sarkisyan istəyirdi ki, Konstitusiya dəyişikliyi ilə prezidentin səlahiyyətləri baş nazirə keçsin və özü də baş nazir olsun, bu dəyişiklik də oldu. Ona görə onun baş nazir olmaması üçün keçirilən etiraz aksiyalarına düşünürəm ki, bütün narazı qüvvələr qatılacaq. Sarkisyan buna qarşı nə qədər mübarizə aparsa da, narazı qüvvələrin aksiyaya qatılmağı realdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar