Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Yalnız bu halda..” – Torpaqların qaytarılması üçün əsas ŞƏRT AÇIQLANDI

Tarix: 03-04-2018 17:26     Baxış: 3302 A- / A+
“Yalnız bu halda..” – Torpaqların qaytarılması üçün əsas ŞƏRT AÇIQLANDI


Dnestryanı ərazinin Moldovanın tərkibinə qaytarılması yalnız Rusiya ilə yaxşı münasibətlərin saxlanılması şərti ilə mümkündür.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Feysbuk səhifəsində Moldova prezidenti İqor Dodon yazıb.
“Dnestryanı ərazinin Moldovanın tərkibinə qaytarılması yalnız Moldovanın öz bitərəfliyini saxlayacağı, həmçinin Qərblə deyil, Rusiya ilə yaxşı münasibətlərin yaradılacağı halda mümkündür”, - Dodon qeyd edib.
“Yalnız bu halda..” – Torpaqların qaytarılması üçün əsas ŞƏRT AÇIQLANDI

Prezident bildirib ki, ölkənin geosiyasəti kənardan diktə edilən siyasi proqramlara tabe olmamalıdır. Dodonun sözlərinə görə, ən yaxın onillikdə siyasi sinfi Rusiya və ya Avropa ilə bağlı olan xarici layihələrə deyil, Moldovanın maraqlarına diqqət ayırmalıdır.
Qeyd edək ki, Dodon 2016-cı il dekabrın 3-də prezident vəzifəsinin icrasına başlayıb. O, seçkiqabağı proqramına əsasən, Rusiya ilə strateji əməkdaşlığı bərpa etmək, Moldova məhsullarını Rusiya bazarına qaytarmaq və enerji əməkdaşlığını normallaşdırmaq niyyətindədir.
Əhalinin 60 faizini ruslar və ukraynalılar təşkil edən Dnestrtyanı ərazi isə ölkənin Rumınıyaya birləşməsindən ehtiyat edərək hələ SSRİ-nin dağılmasından əvvəl Moldovadan ayrılıb. Moldovanın 1992-ci ildə problemi güc yolu ilə həll etmək cəhdindən sonra Dnestryanı ərazi faktiki olaraq Kişnyovun nəzarətindən çıxıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar