Xəbər lenti
Qəzzafinin oğlu Sarkozinin üzünə duracaq- FRANSANIN SABİQ PREZİDENTİNİ AĞIR CƏZA GÖZLƏYİR
Liviyanın keçmiş başçısı Müəmmar Qəzzafinin oğlu Seyf əl-İslam Qəzzafi atasının Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin prezident kampaniyasını maliyyələşdirməsi haqqında dəlil və sübutlar göstərməyə hazır olduğunu bildirib. Bu haqda “report” “Middle East Monitor” nəşrinə istinadən xəbər verir.
Qeyd olunur ki, Seyf əl-İslam Qəzzafi maliyyə vəsaitlərinin Sarkozinin Tripolidəki seçki qərargahının keçmiş başçısı Klod Quanta çatdırılmasının şahidi olub.
Qəzzafinin ailəsi Liviyanın dağılmasında iştirak etdiyi üçün Sarkozinin məsuliyyətə cəlb olunmasını tələb edir.
Xatırladaq ki, martın 20-də hüquq-mühafizə orqanları tətəfindən saxlanılan Fransanın sabiq prezidenti Nikolya Sarkozi martın 21-də axşam sərbəst buraxılıb.
Sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib.
N. Sarkozi seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
Martın 21-də istintaq orqanları Nikolya Sarkoziyə qarşı ittiham irəli sürüblər. Keçmiş dövlət başçısı Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar