Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda 2 nəfərin prezidentliyə namizədliyi qeydə alınmadı: Seçkidə neçə namizəd olacaq? – SİYAHI

Tarix: 17-03-2018 22:52     Baxış: 3455 A- / A+
Azərbaycanda 2 nəfərin prezidentliyə namizədliyi qeydə alınmadı: Seçkidə neçə namizəd olacaq?


Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində 8 namizəd mübarizə aparacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ilk olaraq prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlal oğlu Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, S.Məmmədovun prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcuddur. Komissiya S.Məmmədovun prezidentliyə namizədliyinin qeydə alınmasını səsverməyə çıxararaq qəbul edib.

Sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Tural Abbaslının prezidentliyə namizəd kimi qeydə alınmasına baxılıb. MSK katibi A.Muxtarova bildirib ki, T.Abbaslının prezidentliyə namizəd kimi qeydə alınması üçün əsaslar mövcud deyil. Komissiya məsələni səsə qoyaraq qəbul edib.

İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin prezidentliyə namizəd kimi qeydə alınması məsələsinə də baxılıb. A.Muxtarova deyib ki, Ə.Əliyevin prezidentliyə namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə əsaslar mövcuddur. Bu məsələ də səsə qoyularaq qəbul edilib.

Bununla da prezidentliyə namizədlərin qeydə alınması prosesi başa çatıb. Beləliklə, Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində 8 namizəd – namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədov mübarizə aparacaq./minval.İnfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar