Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentlər Bakıya toplaşır

Tarix: 15-03-2018 10:18     Baxış: 3570 A- / A+
Prezidentlər Bakıya toplaşır

Bu gün Bakıda Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda ən mötəbər forumlardan biri hesab edilən VI Qlobal Bakı Forumu başlayır. Forumda Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla bir neçə ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Forum Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilir.

Tədbirə Albaniyanın Prezidenti Ilir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Mavriki Respublikasının Prezidenti Amina Qurab-Fakim, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birchall da daxil olmaqla 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirlərinin qatılacağı gözlənilir.

Qonaqlar arasında sabiq ölkə və hökumət başçıları da var. Ümumilkdə tədbirdə 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur. Forum çərçivəsində martın 18-19-da 7-ci Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq.

Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.istipress

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar