Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin aktual dərdi

Tarix: 15-03-2018 10:01     Baxış: 3329 A- / A+
Ermənilərin aktual dərdi

Azərbaycan Ordusunun 25 minlik heyətinin təlimləri Ermənistanda zəlzələ effekti yaradıb.
Ermənistan Demokrat partiyasının lideri Aram Sarkisyan İrəvanda jurnalistlər qarşısına çıxıb və Türkiyənin Naxçıvandan platsdarm kimi istifadə edərək “Cənubi Qafqazda möhkəmlənmək niyyətləri” haqda danışıb. Sarkisyana görə Türkiyə ordusunun Afrinə müdaxiləsi və başqa ölkənin ərazisinə hərbi müdaxiləyə görə beynəlxalq ictimaiyyətin Ankaraya adekvat reaksiya verməməsi Ermənistan üçün türk təhdidini artırır. “Digər tərəfdən aydındır ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə Naxçıvan ərazisindən Ermənistana zərbə endirməkdə tərəddüd etməyəcək. Nəzərə alanda ki, muxtar respublikadan İrəvana qədər məsafə cəmi 80 kilometrdir, bu məsafə reaktiv yaylım atəşi sistemləri üçün tamamilə əlçatandır”.

İndi Ermənistanda bütün KİV-lər bu hadisədən yazır, hərbi mütəxəssislər, keçmiş hərbçilər, ekspertlər və politoloqlar Azərbaycan SQ-nin hərbi təlimlərini müzakirə edir, qiymətləndirir, proqnozlar verirlər. İş burasındadır ki, həm ABŞ-ın, həm də Rusiyanın sanballı mənbələri yazın ortalarında cəbhədə döyüşlərin başlayacağı barədə anonslar şəklində ehtimallar irəli sürüblər. Bunun ardınca təlimlərin başlanması ermənilərin arasına təlatüm salıb. 2016-cı ilin aprel döyüşlərinin təkrarlanacı qorxudu əhaliyə, təbii ki, hakim zümrəyə rahatlıq vermir.
Düzdür, bəzi az-çox təcrübəsi olan keçmiş hərbçilər xalqı sakitləşdirmək üçün söz oyununa çıxırlar. Amma bunu da axıradək apara bilməyib qorxduqlarını etiraf edirlər. Məsələn, lragir.am saytına müsahibə verən general Arkadi Ter-Tadevosyan jurnalistin “Belə bir fikir var ki, Azərbaycan müharibəyə hazırlaşır. Bunu necə izah edərsiniz?” sualına əvvəlcə özünə və əhaliyə təskinedici cavab verməyə çalışır: “Ermənistan və Azərbaycan vuruşmurlar. Vuruşanlar Rusiya, ABŞ və Türkiyədir. Təlim isə əvvəlcədən planlaşdırılmış tədbirdir”. Ter-Tadevosyanın generallığı bir yana, siyasi savadsızlığı o dərəcədə qatıdır ki, nə danışdığını özü də bilmir. Elə bu səbəbdən də sözünə davam edərək deyir: “2016-cı ildə Rusiyanın başı bəzi məsələlərə qarışmışdı, ona görə Azərbaycan zərbələr endirdi, amma indi Azərbaycan dəli olmayıb ki, yenidən cəhd göstərsin”.
Bu da erməni generalın şərhi. Gülməlidir, deyilmi? Əvvələn, bu Ter-Tadevosyanın da əli Qarabağda azərbaycanlıların qanına bulaşıb. O, hərbi canidir. Ancaq bu məsələ sonranın işidir. İndilikdə onun Bakıya dostluq səfəri etmələri barədə dediyi sözlər açıq-aşkar qorxunun nəticəsidir. Təbii ki, ermənilər Bakiya dostcasına səfər edə bilərlər, amma bütün dünya bilir ki, bu addım yalnız erməni silahlı qüvvələrinin Qarabağdan çıxıb getmələrindən sonra Azərbaycanın ğrazi bütövlüyünün bərpası zamanı baş verə bilər. Ola bilsin, bu hərbçi məhz Azərbaycan Ordusunun torpaqlarımızı azad edəndən sonrakı dövrün hadisələri barədə danışır. Amma bunu açıq desə yaxşı olar, yoxsa ki, bu şəkildə özünü gülünc vəziyyətə salır. Bu da erməni cəmiyyətinin qorxu içində yaşadığına əyani sübutdur.
Ancaq sonda daha bir ştrixlə Arkadi qorxusunu açıq biruzə verir: “ Onlara inanmaq olmaz, onlar hər an hücum edə bilərlər”. Bu sözlər tək əhalinin və siyasi hakimiyyətin yox, erməni hərbçilərinin də qorxduğuna işarədir. Ona görə ki, aprel döyüşləri onlara elə qulaqburması verib ki, nə qədər çalışsalar da gizlədə bilmirlər.movqe.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar