Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır - FOTOLAR

Tarix: 11-03-2018 10:01     Baxış: 2758 A- / A+
Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır

ABŞ-da Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin komandası azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun Putinə çatdırdığı məktubu araşdırır.

Manevr.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” sənədlə tanış olan bir neçə mənbəyə istinadla yazır. Həmin məktub Tramp tərəfindən 2013-cü ildə göndərilmişdi.

Qəzet qeyd edir ki, bu Trampın Rusiya prezidenti ilə birbaşa əlaqə qurmağa yönəlmiş ilk cəhdi olub. Həmin məktubda Tramp Putini Moskvada keçiriləcək “Dünya gözəli” yarışmasına dəvət edirdi. Ağalarov isə həmin yarışmanın təşkilatçısı idi. Həmin məktubun məzmunu barədə məlumat verilmir. Amma məlumdur ki, o vaxt Tramp Tvitter-də belə yazmışdı: “Necə düşünürsünüz, Putin Moskvada keçiriləcək “Kainat gözəli” müsabiqəsinə gələcək? Əgər gəlsə o mənim ən yaxşı dostum olacaq”.

Bildirilir ki, Putin əvvəlcə dəvəti qəbul edib, amma son anda yarışmaya qatılmayıb və Trampa “dost məktubu” göndərib. Trampın vəkili isə qəzetin informasiyasını “absurd” adlandırıb, bildirib ki, həmin məktubun məzmunu ilə tanış deyil.

Bundan əvvəl xüsusi prokuror Robert Müllerin 2017-ci ilin yanvarında, Trampın səlahiyyətlərinin icrasına başlaması ərəfəsində Seyşel adalarında onun nümayəndəsinin Kremlə yaxın nüfuzlu şəxslə gizli görüşünü araşdırdığını yazmışdı. Həmin görüşdə Trampın komandası ilə Rusiya arasında gizli əlaqə kanalının qurulması müzakirə olunub.

Bu arada Ağ evdəki mənbələr bildirir ki, Tramp Müllerlə əməkdaşlıq etməyə və onun suallarına cavab verməyə hazırdır. Bir şərtlə ki, xüsusi prokuror Rusiya təhqiqatını tez yekunlaşdırsın.

Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır
Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır
Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar