Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabah ayrılmış vaxt başa çatır - Prezidentliyə namizədlər üçün

Tarix: 11-03-2018 09:09     Baxış: 3357 A- / A+
Sabah ayrılmış vaxt başa çatır - Prezidentliyə namizədlər üçün

Sabah aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt başa çatır.

Manevr.az-ın məlumatına görə, Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalanadək saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir.

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, MSK fevralın 27-də keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, martın 7-də keçirilmiş iclasında öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, martın 10-da keçirilmiş iclaslında Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin namizədliyini qeydə alıb. MSK-nın martın 10-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, ötən dövr ərzində prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilmiş 7 nəfərin doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədləri MSK-ya təqdim edilib və onların hamısının prezidentliyə namizədliyi qeydə alınıb. M. Pənahov prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilmiş digər 8 nəfərin doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədləri martın 12-i saat 18.00-a qədər MSK-ya təqdim ediləcəyi halda onların da namizədliyinin qeydə alınması məsələsinə operativ şəkildə baxılacağını qeyd edib.

Xatırladaq ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.(apa)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar